Accessibility links

İran Azərbaycanında xarici müəlliflərin əsərləri doğma dilə tərcümə olunur [Audio]


Norveçdə Azərbacyan türkcəsində dərgiyə redaktorluq edən Hadi Qaraçaylı Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında müşahidə olunan ədəbi inkişaflar, xüsusilə Himmət Şahbazinin yaradıcılığı haqda danışıb. Cənab Qaraçaylı publisist Şahbazinn son dövrlərdə bir çox xarici müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etdiyini və İran Azərbaycanında doğma dildə ədəbiyyata yaranan təlabatı qeyd edib.

Hadi Qaraçaylının sözlərinə görə Himmət Şahbazi bu yaxınlarda Federico Garica Lorcanın Axşamüstü Saat Beşdə əsərini Azərbaycan türkcəsinə tərcüm edib. Onun fikrincə ərəb əlifbasında İran azərbaycanlı oxucuları üçün dərc olunan bu kitab son dövrlərdə Azərbaycan türkcəsinin ədəbi dildə geniş yayılması tendensiyasından xəbər verir.

Ərəb əlifbası bizi İrana bağladığı üçün dilimizə uyğun deyil. Latın əlifbası həm dilmizə uyğundur həm də siyasi dəyərlərimizlə üst-üstə düşür.

Hadi Qaraçaylı qeyd edib ki, əksər İran azərbaycanlıları uzun müddət farsdilli məktəblərdə tədris aldıqları və əsasən fars dilində yazmış müəllifləri öyrəndikləri üçün türk dünyasında, hətta Azərbaycan Respublikasındakı ədəbiyyatla tanışlıq imkanından məhrum olublar. Bu xüsusda əlifba fərqlərinin böyük problem olduğunu qeyd edən Qaraçaylı Latın əlifbasına keçidin mühümlüyündən danışıb. Onun sözlərinə görə İslam Respublikasında yaşayn Azərbaycan türklərinin Latın əlifbasında yazıb-oxuması onları büsbütün yeni bir ədəbi kainatla tanış edərd ki, hazırda bu tanışlığı yaratmağa səy göstərənlər sırasında Himmət Şahbazi kimi ziyalılar mühüm funksiya yerinə yetirir.

Hadi Qaraçaylı İran Azərbaycanında ədəbi inkişafdan danışır
please wait

No media source currently available

0:00 0:13:33 0:00
XS
SM
MD
LG