Accessibility links

Vətəndaş cəmiyyəti fəalı iki il həbsə məhkum edilib


Vətəndaş fəalı İlham Əmiraslanov həbs edilib
Vətəndaş fəalı İlham Əmiraslanov həbs edilib

İlham Əmiraslanov 2010-cu ilin mayında sel daşqınlarından əziyyət çəkən vətəndaşların hüquqlarının müdafiəsində fəal rol oynayıb

Sabirabad rayon məhkəməsi vətəndaş cəmiyyəti fəalı İlham Əmiraslanovu iki il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Müdafiə tərəfinin təklif etdiyi şahidlər dindirilməyib, məhkəmə araşdırması aparılmayıb, İ.Əmiraslanovun həbsilə bağlı videogörüntülər nəzərə alınmayıb.

Dövlət ittihamçısı İ.Əmiraslanovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb etsə də, məhkəmə 2 il azadlıqdan məhrumetmə qərarı çıxarıb.

İ.Əmiraslanov “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəallarından olub. 2010-cu ilin mayında sel daşqınlarından əziyyət çəkən vətəndaşların hüquqlarının müdafiəsində fəal rol oynayıb. Sel daşqınlarından əziyyət çəkən insanlar üçün ayrılan vəsaitlərin məmurlar tərəfindən mənimsənilməsi faktlarını aşkarlamaq sahəsində prinsipial mövqe tutub.

Bu il iyunun 6-da fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sel daşqınlarının nəticələrinin aradan qaldırılması ilə bağlı Sabirabadda keçirdiyi tədbirə qatılıb. Bu hadisədən iki gün sonra həbsə alınıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (qanunsuz silah saxlamaq) maddəsilə cinayət işi başlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG