Accessibility links

Əsəd: Qərb Suriya müharibəsini qızışdırır


Suriya prezidenti Qərbin ölkəsindəki müharibəni qızışdırdığını bildirib.

Mail-ə müsahibəsi zamanı Bəşar Əl-Əsəd Qərb ölkələrinin Suriyanın kimyəvi silahlardan istifadə etdiyi barədə yalan söylədiyi və terrorçuları dəstəklədiyini deyib.

Qərbin Suriya mövqeyi hakimiyyəti dəyişmək, prezidenti hakimiyyətdən uzaqlaşdırmaqdır

O, Qərbin siyasəti ilə uyğunlaşmayan hökumətinin devrilməsi üçün baş qaldıran üsyanın konspirasiyanın bir hissəsi olduğunu bildirib.

"Qərbin Suriya mövqeyi hakimiyyəti dəyişmək, prezidenti hakimiyyətdən uzaqlaşdırmaqdır. Belə ki, Suriya artıq onların siyasətinə uyğun gəlmir" - deyə, Əsəd əlavə edib.

Suriya müharibəsində Rusiya ilə İran Əsəd hökumətini, Türkiyə və Birləşmiş Ştatlar isə fərqli üsyançı qrupları dəstəkləyir.

Əsəd İsrailin Rusiyanın gizli yardımı ilə Suriyaya qarşı hücumlar həyata keçirdiyini də inkar edib.

"Rusiya heç vaxt heç kimlə Suriya əleyhinə nə siyasi, nə də hərbi əməkdaşlıq edib. Rusiya Suriya ordusunun irəliləyişinə yardım edir. Necə ola bilər ki, eyni zamanda ordunun dağılmasına çalışsın?" - deyə, Suriya prezidenti əlavə edib.

Əsəd hakimiyyətdə qalmasını ictimai dəstəklə izah edib.

"Biz Britaniya, Fransa hökuməti və amerikalıların dəstəklədiyi terrorçular və bu hökumətlərin regiondakı marionetləri ilə mübarizə aparırıq", Əsəd bildirib.

İndiyədək müharibədə yarım milyona yaxın insan həlak olub, milyonlarla suriyalı evindən didərgin düşüb.

XS
SM
MD
LG