Səudiyyəli jurnalist Camal Xaşuqcinin ölümü ilə bağlı suallara cavab tampaq istəyən jurnalistin dostları tənqidçilərini təqib edən, jurnalistləri həbs edən və ölkədəki media orqanlarını bağlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ümid bağlayıb.
Xaşuqcinin dostları ümid edir ki, Türkiyənin Səudiyyə Ərəbistanının İstanbudakı konsulluğunda jurnalistin “vəhşicəsinə” qətlində əli onlanların məsuliyyətdən yayınmalarına icazə verməyəcəyinə söz verən Ərdoğan oktyabrın 2-də baş verən hadisənin detallarını üzə çıxarmaqdan geri çəkilməyəcək.
“Bu iş hələ bitməyib”, Türkiyə lideri vəd edib. “Biz məsələni təhlil edirik, üstünü açırıq, bütün dünya isə bizi yaxından izləyir”, o deyib.
Lakin Ərdoğanın bu həftə Türkiyə parlamenti onündə Xaşuqcinin ölümü ilə bağlı çıxışı onları narahat edib, digərlərində isə Türkiyə prezidentinin Xaşuqci məsələsində nə niyyəti güddüyünə dair suallara səbəb olub.
Ərdoğan öz çıxışı zamanı əlavə bilinməyən detal paylaşmayıb. "O, bizim daha öncə bilmədiyimiz yeni heç nə açıqlamadı” -deyə, Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq İnstitutundan Gönül Tol bildirib. Lakin o deyib ki, Ərdoğan məlumatların mediaya sızmasını şəxsən özünün təsdiq etdiyinə işarə edib.
Sabiq britaniyalı diplomat Piter Rikets deyib ki, onun rəsmiləri qəddar qətllə bağlı səs-küyə səbəb olan məlumatları mediaya “səudiyyəlilər üzərində təzyiqi artırmaq” və onları istəksiz etiraflar etməyə vadar etmək üçün sızdırıb.
Riyad ilk öncə Xaşuqcinin konsulluğu sağ-salamat tərk etdiyini söylədi, daha sona isə jurnalistin öldürüldüyünü etiraf etməyə məcbur qaldı. Lakin onlar yenə də bunun xəyanətkar təhlükəsizlik və kəşfiyyat rəsmilərinin həyata keçirdiyi özbaşına əməliyyat olduğunu təkid edir.
Ərdoğanın cümə axşamı vəliəhd Məhəmməd bin Salmanla telefonla danışması da qətllə bağlı həqiqətlərin üzə çıxmasını istəyən insanların narahatlığına səbəb olub. Belə ki, bir çoxları Məhəmməd bin Salmanın Xaşuqcinin öldürülmə planından xəbərdar olduğuna inanır. Belə görünür ABŞ prezidenti Donald Tramp da bu fikirdədir. “Hər şeyi o idarə edir. Bu isə o deməkdir ki, əgər bu barədə kiməsə məlumat verilibsə, bu odur”, Tramp deyib.
Daha öncə bir neçə dəfə üz-üzə gələn bu iki lider arasında telefon danışığı Ərdoğanın məqsədi ilə bağlı əlavə suallar yaradır. O həqiqətən də gerçəyin üzə çıxmasını istəyirmi, yoxsa Xaşuqcinin ölümündən istifadə edərək, neftlə zəngin Səudiyyənin pulu ilə Türkiyənin zəifləyən iqtisadiyyatına yardım etmək kimi başqa məqsədlərə xidmət göstərən geosiyasi razılıqlar əldə etməyəmi çalışacaq?
Bəzi məlumatlara görə, Ərdoğan Səudiyyə kral ailəsinin üzvü şahzadə Xalid bin Feyzal əl-Səudun ötən ay Türkiyə paytaxtına səfəri zamanı təklif etdiyi maliyyə yardımı və sərmayeləri isti qarşılamayıb. Lakin Xaşuqcinin dostu akademik Qaliö Dalay deyib ki, "səudiyyəlilərin Türkiyəyə borc verəcək və ya investitsiya qoyacaq razılığa dair sübut yoxdur" .
Güc və iqtisadiyyatın balansı
Lakin səudiyyəlilər ənənəvi olaraq pul verərək, problemlərini ortadan qaldırmağa nail olub. Bu dəfə də Səudiyyə sərmaye qoyaraq maliyyə bazarlarını sakitləşdirə və Türkiyənin problemlərlə üzləşən iqtisadiyyatına etimadı bərpa edə bilər.
Tol deyib ki, Ərdoğan Xaşuqci məsələsinin Türkiyəyə iqtisadi baxımdan ziyan vurmayacağına diqqət yetirməlidir. “Körfəz ölkələri Türkiyə iqtisaiyyatında mühüm rol oynayıb”, o deyib. Ərdoğan 2002-ci ildə hakimiyyətə gələndən bəri, Türkiyənin Avropa sərmayelərindən asılılığını azaltmağa çalışıb və yardım üçün Körfəz ölkələrinə yönəlib. Səudiyyəlilər də Türkiyə iqtisadiyyatında böyük rol oynayıb”.
O deyib ki, bu Ərdoğan üçün xüsusilə də indi, Türkiyə mücadilə apardığı və “kifayət qədər” Avropa sərmayesi ala bilmədiyi vaxt çox vacibdir.
Digər təhlilçilər isə deyir ki, Ərdoğanın fikrində Türkiyə iqtisadiyyatından başqa məsələlər də var.
Türkiyə paytaxtı və Avropa və Amerikadakı təhlilçilər zənn edir ki, Ərdoğanın məqsədi təkcə bir mənfəət əldə etmək deyil və onun böyük geosiyasi məqsədləri var. Buna vəliəhdi kənarlaşdıraraq, və ya ən azından Səudiyə kralı Salmanı oğlunun qarşısını almağa inandıraraq, Körfəzdəki güc balansını dəyişmək daxildir.
Təhlilçilərin sözlərinə görə, Ərdoğanın məqsədlərindən biri Xaşuqci məsələsindən istifadə edərək Səudiyyəni Türkiyənin müttəfiqi Qatara iqtisadi blokadasına və Ərdoğanın hakim AK partiyası ilə müttəfiq olan Müsəlman Qardaşlığına qarşı antipatiyasına son qoymağa vadar etməkdir.
Qərb diplomatları deyir ki, bəzi məlumatları sızdırıb, bəzilərini gizlədərək Səudiyyənin kral ailəsinə təzyiq göstərməklə, Türkiyə lideri gücünü artırır. “Səudiyyəlilərin istəmədiyi bir şey varsa, o da qətlin qeydə alındığı audio yazının yayılmasıdır, çünki daha sonra məsələni cilovlamaq daha da çətin olacaq” – deyə, Britaniyanın Səudiyyə Ərəbistanındakı keçmiş nümayəndəsi söyləyib. “Əgər Ərdoğan bu qətli Səudiyyənin kral ailəsinə zərər verməyəcək şəkildə ört-basdır etsə, Səudiyyə ona borclu olacaq”.