Accessibility links

Ərdoğan Suriyada təhlükəsizlik zonası yaradılması tələbini bir daha təkrar edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Türkiyə qüvvələrinin nəzarəti ilə təhlükəsizlik zonası yaradılması tələbini bir daha təkrar edib. Baxmayaraq ki, Türkiyənin planına regionda artmaqda olan narazılıqlar mövcuddur.

Ərdoğan bu zonanın 30 kilometri əhatə etməli olduğunu deyib. O, Türkiyənin özünü kürd qüvvələri (YPG) kimi “terrorçular”dan müdafiə etməli olduğunu vurğulayıb.

Türkiyə həm YPG-ni terror təşkilatı hesab edir. Kürd yarı-hərbi dəstələri ABŞ-ın Suriyadan çıxmasından dərhal sonra Türkiyənin onlara qarşı hərbi hücum həyata keçirəcəyindən ehtiyat edir.

Tramp cümə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonda danışıb. Ağ Ev bildirib ki, onlar Suriya daxilində kürd qüvvələrini Türkiyənin mümkün hücumundan qoruyacaq “potensial təhlükəsizlik zonasının” yaradılması üzərində işləməyə dair razılıq əldə edib.

Ağ Ev ötən həftə bildirib ki, ABŞ qoşunlarının Suriyadan çıxarılmasından sonra o ölkədə müvəqqəti olaraq 200 sülhməramlı saxlanacaq.

Ərdoğan Trampın bu son qərarın tənqid etməyib. O deyib ki, ABŞ həmkarı ilə müsbət əlaqələrə malikdir və onlar aprel ayında üz-üzə görüş keçirməyə razılıq verib.

Son zamanlar ölkələr arasındakı gərginliklərə baxmayaraq, Ankara Trampı birbaşa tənqid etməkdə ehtiyatlı hərəkət edir.

Türkiyənin hökumət yönümlü mətbuatı hətta ABŞ və Türkiyə prezidentlərinin Suriya ilə bağlı ortaq zəmin əldə edəcəyini yazır.

XS
SM
MD
LG