Accessibility links

Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi aclığı dayandırıb


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov aclıq aksiyasını 21-ci günündə dayandırıb.

Bu barədə onun vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib.

“Dünən onunla görüşdüm. Aclığı dayandırdı.Proflaktik söhbət etdim. O, bu addımı yaxınlarının, mənim və AXCP rəhbərliyinin israrlı istəklərindən sonra atdı.”

Səhhətinə gəldikdə isə vəkil AXCP fəalının aclıq aksiyası keçirdiyi vaxtda arıqladığını və gözlərinin qızardığını deyib.

Bundan əlavə vəkil Niyaməddin Əhmədovun ailəsi ilə telefon danışq hüququnun olmasl üçün Bakı İstintaq Təcridxanasına müraciət edib.

Bununla bağlı hələlik Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Niyaməddin Əhmədov 13 il azadlıqdan məhrum edilib.

Bu barədə oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyavuş Hacıyevin sədrliyi ilə hökm çıxarılıb.

Amerikanın Səsinin hadisə yerindən olan müxbirinin verdiyi məlumata görə, Niyaməddin Əhmədov CM-in 214-1 (terroru maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə təqsirli bilinib.

Niyaməddin Əhmədov özü məhkəmədə iştirak etməyib. O, video-konfrans vasitəsilə prosesə qoşularaq son sözündə günahsız olduğunu bildirib.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıblar.

Müdafiə tərəfi birinci instansiya məhkəməsinin qərarından apellyasiya verəcək.

XS
SM
MD
LG