Accessibility links

Əli Həsənov: “Mənə bir-iki foto göndərib təhdid ediblər”


Əli Həsənov
Əli Həsənov

Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənov təhdid olunduğunu bildirib.

Həsənov bununla bağlı Twitter hesabında da paylaşım edib.

“Dünəndən nə zamansa tualetdə mənim gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video görüntülərimi yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alıram. Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaqdır,” o qeyd edib.

Hazırda Həsənovun Twitter hesabında bu məlumat mövcud deyil. Həsənov Amerikanın Səsinə təhdid olunduğunu təsdiq edib.

“Mən bunu Twitter hesabımda yazdım, bütün saytlar da dərc etdi. Müvafiq qurumlar məşğuldur. İstəmirəm əlavə müzakirəyə çıxaraq.”

please wait

No media source currently available

0:00 0:00:41 0:00

O bunu kimlərin etməsi barədə suala cavabında deyib: “Vallah, bunu biləydim nə vardı ki, müvafiq qurumlar araşdırır.”

Fotoların harada və necə çəkildiyinə dair suala cavabında Həsənov “Bilsəydim nə var idi. Mənə bir iki foto göndərib, təhdid ediblər,” - deyə qeyd edib.

Həsənov bunları deməklə kifayətlənib və əlavə sullara ehtiyac duymayıb.

Bununla yanaşı, rəsmi qurumlar Əli Həsənovun bu bəyanatına hələ münasibət bildirməyib.

Bu günlərdə Kütləvi İnfotmasiya Vasitələtinə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərliyə və digərlərinə qarşı cinayət işi üzrə keçirilən məhkəmədə 18 milyon manatdan çox dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı Əli Həsənovun və ailə üzvlərinin şahid qismində məhkəməyə dəvət edilməsi barədə vəsatət qaldırılıb. Bu qurum uzun illər Əli Həsənovun kurasiyasında olub.

Bundan bir neçə il öncə tənqidçi jurnalistlər Qənimət Zahid, Azər Əhmədov, Xədicə İsmayıl, bir sıra müxalifət fəalları gizli çəkilmiş video və fotoları ilə şantaj olunub. Jurnalistlərin və müxalifət fəallarının şantaj olunduğu vaxtlar Əli Həsənovun Prezident Administrasiyasında ictimai-siyasi şöbəyə rəhbərlik etdiyi illərə təsadüf edir.

XS
SM
MD
LG