Əfqanıstanda tarixi prezident seçkisində səsvermə məntəqələri bağlanıb. Seçki fəallığının yüksək olması nəticəsində bəzi səsvermə məntəqələrində seçicilərə paymalaq üçün bülleten çatmayıb.
Talibanın seçkilərə mane olacağı ilə bağlı hədələrinə görə səsvermə səsvermə yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü bir şəraitdə keçirilib.
BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yan Kubis yaraqlıların hədələrinə baxmayaraq, əfqan seçicilərin fəallığını yüksək qiymətləndirib.
Müstəqil Seçki Komissiyasının başçısı ƏhmədYusif Nuristani ölkə boyu seçki fəallığının təəccüb doğuracaq bir şəkildə yüksək olduğunu qeyd edib.
Prezident Həmid Karzai səsverməyə səhər saatlarında gedib. Təxminən 12 il ölkə prezidenti olan cənab Karzainin konstitusiya tərəfindən üçüncü dəfə seçilməsinə icazə verilmir.
Seçkilər Əfqanıstanın siyasi və iqtisadi gələcəyi üçün olduqca mühüm bir proses hesab edilir. Prezidentliyə səkkiz namizəd arasında keçmiş maliyyə naziri və Dünya Bankının rəsmisi Əşrəf Qəni, keçmiş xarici işlər nazirləri Zalmay Rəsul və Abdulla Abdullanın şanslarının daha güclü olduğu bildirilir.
Nəticələrin bir neçə həftədən sonra açıqlanacağı gözlənilir. Prezidentliyə səkkiz namizəddən heç birinin səslərin yarıdan çoxunu almadığı halda, prezident seçkisinin ikinci raundunun keçirilməsi gözlənilir.