Accessibility links

Əfqanıstanda son gərgin durum və Azərbaycan sülhməramlıları


Arxiv fotosu - Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınır
Arxiv fotosu - Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınır

Azərbaycan Müdafiə Nazirliyi Əfqanıstanda Azərbaycan sülhməramlıları ilə bağlı açıqlama verib.

“Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir. Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir”, Nazirliyin Facebook səhifəsində verilmiş məlumatda bildirilir.

Arxiv fotosu - Azərbaycan Ordusunun bir qrup sülhməramlısı rotasiya qaydasında Əfqanıstana yola salınıb, 2018.
Arxiv fotosu - Azərbaycan Ordusunun bir qrup sülhməramlısı rotasiya qaydasında Əfqanıstana yola salınıb, 2018.

Hazırda Əfqanıstanda Azərbaycanın 120 sülhməramlısı, 2 hərbi həkimi və 6 qərargah zabitinin olduğu bildirilir.

Bu ilin mayında Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində Əfqanıstanda fəaliyyət göstərən sülhməramlı kontingentini Əfqanıstandan çıxarmağı planlaşdırır. Bununla yanaşı, nazirlik Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılma vaxtını dəqiqləşdirməyib.

Rəsmi qrumlar Amerikanın Səsinin Azərbaycan sülhməramlılarının hazırki durumu, təhülksəziliyi və gələcək taleyi ilə bağlı suallarına hələ cavab verməyib.

Əfqanıstandakı son gərgin durumla bağlı Azərbaycan hökuməti hələ mövqeyini açıqlamayıb.

Rəsmi statistika olmasa da, müşahidəçilər Əfqanıstanda Azərbaycan vətəndaşlarının investisiyalarının olduğunu bildirir.

Rəsmi statistik məlumatlara görə, Azərbaycanla Əfqanıstan arasında 2021-ci ilin yanvar-iyun aylarında ticarət dövriyyəsu 30,69 milyon dollar olub.

Azərbaycanın ixrac etdiyi məhsullar əsasən reaktiv mühərriklər üçün kerosin yanacağı, yüngül distilyatlar, qazoyllar, butan qazı, şəkər və saxaroza, süd və qaymaq məhsullarıdır.

Azərbaycan Əfqanıstandasn qurudulmuş ərik, plastik kütlədən hazırlanmış digər məmulatlar idxal edir.

Əfqanıstan Azərbaycanın müstəqilliyini 21 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 16 noyabr 1994-cü ildə qurulub. Əfqanıstanın Azərbaycanda səfirliyi 2012-ci ilin noyabr ayından fəaliyyət göstərir. Azıərbaycanın isə Türkmənistandakı səfiri həm də Əfqanıstanda səfir vəzifəsini yerinə yetirir.

Azərbaycan ilə Əfqanıstan arasında indiyədək 15 sənəd imzalanıb.

Prezident Məhəmməd Əşrəf Qani 1 dekabr 2017-ci il “Asiyanın ürəyi-İstanbul prosesi”nin 7-ci Nazirlər Toplantısında iştirak üçün Azərbaycana səfər edib.

Hər iki ölkənin parlamentində parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Əfqanıstan rəsmiləri Azərbaycanda müxtəlif sahələr üzrə çoxsaylı təlim proqramlarına qatılıb.

XS
SM
MD
LG