Accessibility links

Əfqanıstanda intiharçı hücumunda 32 nəfər ölüb


Əfqanıstanın Nangarhar vialyətində çərşənbə axşamı hücum zamanı təxminən 32 nəfər ölüb, 128 nəfər yaralanıb. Vilayət hökumətinin sözçüsü Attaullah Xoqayini Amerikanın Səsinə rəqəmləri təsdiq edib. O, intiharçı hücumunun ucqar Mohmand Dara bölgəsində baş verdiyini bildirib.

Hökumət sözçüsünün bildirdiyinə görə, bomba Daka kəndində insanların yerli polis komandirinin işdən çıxarılmasını tələb edərək etiraz nümayişi keçirdiyi vaxt partladılıb.

Taliban hücumda əli olduğunu inkar edib.

Bundan bir neçə saat əvvəl vilayətin paytaxtı Cəlalabad şəhərində üç məktəb bomba hücumuna məruz qalıb. Azı bir uşaq həyatını itirib, bir neçə nəfər yaralanıb.

Cəlalabadda törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Burada mülki vətəndaşlara qarşı və məktəblərdə son zamanlar törədilən bütün bomba hücumları və hərbi reydlərə görə məsuliyyəti İslam Dövləti qrupu öz üzərinə götürüb.

Əfqanıstanda fəaliyyət göstərən Xorasan Vilayətində İslam Dövləti və Taliban qrupları Pakistanla sərhəddə yerləşən Nangarhardakı bazalardan əməliyyatlar keçirir.

XS
SM
MD
LG