Accessibility links

ABŞ hərbi vertolyotu Əfqanıstanda qəzaya uğrayıb - 2 hərbi qulluqçu həlak olub


Birləşmiş Ştatlar ordusunun bildirdiyinə görə, çərşənbə günü Əfqanıstanda baş verən vertolyot qəzası zamanı iki hərbi qulluqçu həlak olub.

Qəzanın səbəbi araşdırılır. Lakin rəsmi məlumatlardan belə aydın olur ki, qəza düşmən hücumu səbəbindən baş verməyib.

Rəsmi məlumatlara əsasən, bu ilin əvvəlindən bəri Əfqanıstanda hərbi qulluqda olan 18 amerikalı ölüb.

Bundan əvvəl Taliban döyüşçüləri Əfqanıstanın şərqindəki Logar əyalətində Birləşmiş Ştatlar ordusuna məxsus “Çinuk” vertolyotunu vurduqlarını bildirmişdi.

Taliban sözçüsü ABŞ hərbi vertolyotunun üsyançıların həmin bölgədəki bazasına hücum etmək üçün göndərildiyini deyib.

Əfqanıstandan alınan başqa bir xəbərdə isə Taliban döyüşçülərinin ölkənin şimalındakı Qunduz əyalətindəki hərbi bazaya hücum zamanı azı 13 əfqan əsgərinin öldürüldüyü, bir neçə nəfərin isə yaralandığı deyilib. Əfqan mediası hücumun İmam Sahib mahalında həyata keçirildiyini bildirib.

Taliban bu hücumun məsuliyyəti öz üzərinə götürərək, döyüşçülərinin bazadan hərbi sursat da götürdüklərini deyib.

XS
SM
MD
LG