Accessibility links

Şimali Koreya Boltonun nüvəsizləşdirməyə dair bir işarə tələbini qınayıb


ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton
ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton

Şimali Koreya ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Boltonun Pxenyanın nüvə silahlarından əl çəkmək barədə ciddi olduğunu göstərməsinə dair çağırışını qınayıb. Bu, bir həftədən qısa bir müddətdə artıq ikinci dəfədir ki, Şimali Koreya ABŞ-ın yüksək səviyyəli rəsmisini tənqid edir.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Unla üçüncü sammit keçirməyə açıq olduğunu söyləyib lakin Bolton çərşənbə günü Bloomberg News-a bundan öncə “Şimali Koreya tərəfindən nüvə silahlarından əl çəkmək barədə strateji qərar verdiyinə dair real işarənin” olmalı olduğunu söyləyib.

Koreya Mərkəzi Xəbər Agentliyinin şənbə günü verdiyi məlumata görə,Şimali Koreyanın vitse xarici işlər naziri Ço Son Hui müxbirlərə“Ağ Evin milli təhlükəsizlik müşaviri Bolton Bloomberg-ə müsahibəsində bu cür boş söz söyləyərək özünü olduğundan mühüm biri olaraq göstəməyə çalışıb” - deyə bildirib.

“Məni maraqlandırır ki, görəsən Boltonun bu sözləri Şimali Koreya və ABŞ-ın liderlərinin niyyətlərini anlamamasından irəli gəlib, yoxsa o bunları müəyyən yumor hissi ilə danışmağa çalışdığı üçün mi söyləyib. Hər halda, onun sözlərinin heç bir cazibəsi yoxdur və mənə elə gəlir onda qavrayış çatışmazlığı var”, o əlavə edib.

Şimali Koreyanın vitse-prezidenti həmçinin xəbərdarlıq edib ki, Birləşmiş Ştatların “düşüncəsiz və ehtiyatsız şəkildə bu cür fikirlər irəli sürməsi” yaxşı nəticələnməyəcək.

Şimali Koreya cümə axşamı artıq ABŞ dövlət katibi Mayk Pompeo ilə danışıqlar aparmaq istəmədiyini və növbəti danışıqlarda onu daha yetkin birisinin əvəzləməsini istədiyini bildirib. Bu isə onların nüvə danışıqları heç bir nəticə verməyəndən bəri ilk silah testini keçirəcəklərini açıqlamalarından bir neçə saat sonraya rəsadüf edib.

XS
SM
MD
LG