Şimali Koreya Birləşmiş Ştatlara “dialoqa və ya da qarşıdurmaya hazır” olduğu haqda xəbərdarlıq edərək, gələcəkdə “Amerikaya ən böyük təhlükə” ola biləcəyini vurğulayıb.
Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinə açıqlamasında xarici işlər naziri Ri Yonq Ho həmçinin Vaşinqtonun Pxenyana qarşı daha artıq sanksiyalar tətbiq etdiyi halda, bunun “səhv hesablama” olacağını bildirib.
Bu, Şimali Koreya lideri Kim Conq Unun Pxenyanın ABŞ və Cənubi Koreya arasında bu həftə başa çatmış hərbi təlimlərdən sonra dialoqa başlamağa hazır olduğuna işarə etməsinə baxmayaraq, danışıqların yaxın zamanda bərpa edilməsinə icazə verməyə biləcəyinin daha bir göstəricisidir.
ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biegun Birləşmiş Ştatların Pxenyandan cavab alan kimi müzakirələrdə iştirak etməyə hazır olduğunu bildirib.
Şimali Koreya Birləşmiş Ştatlara nüvə danışıqlarında daha yumşaq mövqe tutmaq üçün bu ilin sonuna qədər vaxt verib. Pxenyan Vaşinqtonun sanksiyaları yüngülləşdirməsini və təhlükəsizlik qarantiyaları verməsini istəyir.
Tramp administrasiyası Kim Conq Un nüvə proqramından bütünlüklə imtina etməyənə qədər sanksiyaların yüngülləşdirilməyəcəyini bəyan edib.