Accessibility links

Şahdəniz 2 layihəsinin inşasının yekinları müzakirə olunub


Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib.

Məşvərət Şurasının toplantısında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi, həmçinin ABŞ, Albaniya, Birləşmiş Krallıq, Bolqarıstan, Bosniya və Herseqovina, Gürcüstan, Xorvatiya, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Türkiyə, Türkmənistan və Yunanıstandan yüksək səviyyəli nümayəndələri, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının, Asiya İnkişaf Bankının, Asiya İnfrastruktur İnvestisiya Bankının, digər beynəlxalq maliyyə qurumlarının və 18 aparıcı şirkətin rəhbərləri iştirak edib.

İclasın açılış sessiyasında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış edib.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin inşasının yekunlaşması münasibətilə iştirakçıları təbrik edib

“Ötən ilin sonuncu günü əlamətdar olmuşdur. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var,” Azərbaycan prezidenti qeyd edib.

Dövlət başçısı deyib ki, Cənub Qaz Dəhlizi layihəsinə nəzər saldıqda onun bir çox parametrlər üzrə olduqca unikal olduğunu görmək olar.

“Onun uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir və həmin ölkələr arasında sıx əməkdaşlıq olmasa idi, onu reallaşdırmaq mümkünsüz olardı. Boru xətti çox mürəkkəb coğrafi məkanlardan, 2500 metr hündürlükdə olan dağlardan, 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibindən keçir,” Əliyev bildirib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII toplantısı layihə üzrə görülmüş işlərə, həmçinin layihənin perspektivlərinə həsr olunmuş iki plenar sessiya ilə davam etdirilib.

Neft Araşdrımaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, iclasda Xəzrə dnizində Azərbaycanın Şahdəniz 2 layihəsi üzrə qaz hasilatının başlanması, xaricki bazarlara nəqlinin həyata keçiriləməsi və İtaliyayadəkinfrastrukturun başa çatdlırılması məslələri diqqət mərkəzində oluub.

“Yəni 2015-ci ildə başlanan layihənin başa çatması müzakirə olunub.” O qeyd edib.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı isə 2020-ci il fevralın 28-də keçirilib.

Şahdəniz 2 layihəsi Cənub Qaz Dəhlizini açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdırır.

“Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi Mərhələ 1-dən hasil olunan illik 10 milyard kub metr qazdan əlavə 16 milyard kub metr qaz hasil edəcək nəhəng bir layihədir. Şahdəniz qazı Türkiyə ərazisində Trans-Anadolu Boru Kəməri (TANAP), Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya isə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql edir. Bu, hazırda dünyada ən iri layihələrdən biri və BP-nin ən iri layihəsidir,” BP şirkəti bildirir.

XS
SM
MD
LG