Şəfa mənbəyi hesab edilən "Duzlu göl"
Hövsan yolunun kənarında, Zığ qəsəbəsində olan "Duzlu göl"ün ətrafi hər il yay fəslində istirahətə gələnlərlə dolu olur. Gölü şəfa məbəyi hesab edən insanlar duzlu suda çimir və sonra gölun dibindən yigilan palçığı bədənlərinə sürtüb, günəş vannaları qəbul edirlər. Halbuki bu göldə 2006-cı ildən göldəki antisanitariya şəraiti əsas götürülərək, çimmək qadağan olunub. Lakin gölə girişi məhdudlaşdırmaq barədə hansısa tərəfin konkret fikri yoxdur. Göllərin çimmək üçün nə dərəcədə uyğun olub olmaması, ümümumiyyətlə müalicəvi hesab edilməsi barədə müxtəlif dövlət qurumlarının fikirlərini almağa çalışsaq da, onlar cavab verməkdən imtina edib. Buna baxmayaraq, illərdir rəsmi qurumlar, müstəqil ekspertlər, göllərin antisanitar vəziyyətinə görə mediada duzlu gölün faydasından çox zərərinin olduğunu deyirlər.