Accessibility links

ÜST: Avropa əhalisinin yarısı qarşıdakı həftələr Omikrona yoluxa bilər


Ümumdünya Səhiyyə Təşkilatı çərşənbə axşamı bildirib ki, Avropa əhalisinin yarısı qarşıdakı həftələr omikron variantına yoluxa bilər.

“Bu templə Səhiyyə Ölçüləri və Qiymətləndirilməsi İnstitutu region əhalisinin 50%-dən çoxunun yaxın 6-8 həftə ərzində Omikrona yoluxacağını proqnozlaşdırır” - deyə, təşkilatın Avropa üzrə regional direktoru Hans Klyuj virtual mətbuat konfransı zamanı bildirib.

O, Omikron və Delta variantlarının birlikdə 2022-ci ilin ilk həftəsində 7 milyondan çox yeni yoluxmaya səbəb olduğunu deyib.

"Bu gün Omikron variantı bütün ölkələrin 2021-ci ilin sonuna qədər təsirində olduğu Delta dalğasına əlavə olaraq, qərbdən şərqə doğru regiona yeni dalğa gətirib" - deyə, o əlavə edib.

ÜST bildirir ki, Omikron Deltadan daha sürətlə yayılır, lakin digər variantlarla müqayisədə onun nə qədər ciddi xəstəlik və ölümə səbəb olduğuna dair alimlər arasında konsensus yoxdur. Belə görünür ki, o, tam peyvənd olunmuş insanları yoluxdurur.

Yoluxma hallarının sayının artması ölkələrin səhiyyə sistemlərinə öz təsirini göstərməyə başlayıb.

"Yoluxmaların sürətli artması xəstəxanaya yerləşdirmələrin artmasına səbəb olacaq. Beləliklə, bu, səhiyyə sistemlərində böyük yüklənmələrə gətirib çıxara bilər və xüsusilə həssas əhali qruplarında əhəmiyyətli xəstəliyə səbəb ola bilər" - deyə, qurumun məlumatında qeyd edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG