Accessibility links

Üç güneyli siyasi məhbus müvəqqəti olaraq sərbəst buraxılıb


Şahin Bərzigər, Babək Hüseyni Müqəddəm və Əkbər Mühaciri
Şahin Bərzigər, Babək Hüseyni Müqəddəm və Əkbər Mühaciri

Təxminən üç ay öncə təhlükəsizlik qüvvələri tərəfindən İranda noyabr etirazları zamanı həbs edilən fəallardan üçü ağır girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxıldılar.

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, 24 və 25 fevralda Şahin Bərzigər, Babək Hüseyni Müqəddəm və Əkbər Mühaciri təxminən 3 aydan çox İran təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra girov qarşısında Təbriz həbsxanasından buraxılıblar.

HRA xəbər agentliyi daha əvvəl Təbrizdə noyabr etirazlarında tutulanlar arasında olan Əkbər Mühaciri, Məhəmməd Mahmudi, Davud Şiri, Əyyub Şiri, Şahin Barzigər, Nasir Xulusi və Babək Hüseyni Müqəddəm üçün 400 ilə 800 milyon tümən arasında zəmanət təyin edildiyini bildirmişdi.

Milli fəal Şahin Bərzigər 90 gün Təbriz Ettelaat İdarəsinin həbsxanasında saxlanıldıqdan sonra fevralın 3-də Təbriz həbsxanasına köçürülmüşdü.

Milli fəalın yaxınlarından əldə olunan məlumata görə, bu günə qədər Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi milli fəalın azadlığına maneələr törədərək sərbəst buraxılmasını əngəlləyirdi. Hüquq ixtisası üzrə tələbə olan milli fəal Şahin Bərzigər daha öncə də dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Fevralın 25-də müvəqqəti azadlığa buraxılan digər milli fəal Babək Hüseyni Müqəddəm İrandakı noyabr etirazları zamanı həbs edilmişdi. Müqəddəm daha öncə də 2008 və 2016 illərində İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, sistemə qarşı təbliğat aparmaq ittihamı ilə suçlanıb 6 ay azadlıqdan məhrum edilmişdi.

Müvəqqəti olaraq azadlığa buraxılan digər güneyli fəal, Əkbər Mühaciri ötən il noyabrın 17-də Təbriz Ettelaat İdarəsinin qüvvələri tərəfindən, ailəsinin gözü qarşısında döyülərək həbs edilmişdi. O, 75 gün Təbriz Ettelaat İdarəsinin saxlama mərkəzində nəzarətə alındıqdan sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.

XS
SM
MD
LG