Accessibility links

Çinli alim gen dəyişməsi ilə bağlı beynəlxalq tənqidlərlə qarşılaşır


Çinli alim He Tsyankuy Şenzendə laboratoriyada müsahibə zamanı, 26 noyabr, 2018.
Çinli alim He Tsyankuy Şenzendə laboratoriyada müsahibə zamanı, 26 noyabr, 2018.

Çinli alim dünyada ilk dəfə olaraq genləri modifikasiya edilmiş körpələrin dünyaya gəlməsinə kömək etdiyini iddia etdikdən sonra ilk mətbuat konfransını keçirib.

Professor He Tsyankuyin gizli əməliyyatı beynəlxalq səviyyədə hiddətlə qarşılanıb.

O, Honq Konqda keçirdiyi mətbuat konfransı zamanı öz işi ilə qürur duyduğunu və daha bir könüllünün hamilə olduğunu deyib.

“Bəli, kriteriya belədir ki, ata İİV müsbət, ana isə neqativ olmalıdır, yaş da nəzərə alınır. Beləliklə, bütün cütlərin razılığından sonra bir neçə raund təcrübələr aparılır, alimlər və komanda üzvlərinin razılığı alınır və adi süni mayalanma proserudu keçirilir və Cas9 proteini inyeksiya edilir”, o bildirib.

Çinli alim deyib ki, o, əkiz qızların gələcəkdə QİÇS xəstəliyinə yoluxmasının mümkünlüyünün aradan qaldırılmasına kömək məqsədilə onların DNT-lərini dəyişib.

Alimin əməliyyatı şübhələr və tənqidlərlə qarşılanıb. Onun çalışdığı Şenzen universiteti alimin tədqiqatını qınayaraq, bunun “elmi etika”ya uyğun olmadığını bildirib. Çin hökuməti yerli rəsmiləri alimin tədqiqatı ilə bağlı təhqiqat aparmağa çağırıb.

XS
SM
MD
LG