Accessibility links

Çində yarım milyona yaxın insanın koronavirus xəstələri ilə yaxın təmasda olduğu bildirilir


Çinin Milli Səhiyyə Komissiyası bu həftə yarım milyona yaxın Çin vətəndaşının koronavirus diaqnozu qoyulmuş şəxslərlə yaxın əlaqədə olduğunu bildirib.

"İndiyə qədər 451,462 nəfərin xəstəliyə yoluxmuş şəxlərlə yaxın təmasda olduğunu müəyyən edilib. Hazırda 185,037 şəxs tibbi nəzarət altında saxlanılır" - deyə, Səhiyyə Komissiyası çərşənbə günü rəsmi saytında bildirib.

Bu rəqəmlər Çində yoluxma hallarının daha da artmaq ehtimalının olduğuna işarə edir. Cümə axşamına olan məlumatlara görə, Çində 59,804
yoluxma halının olduğunu təsdiqlənib. Hazırkı koronavirusa rəsmi olaraq COVID-19 adı verilib.

Komissiya fevralın 3-də yaydığı hesabatda virus daşıyıcıları ilə əlaqədə olan insanların sayının 189,583 olduğunu bildirmişdi. Bu isə o deməkdir ki, virus daşıyıcıları ilə yaxın təmasda olan insanların sayı son bir neçə gün ərzində kəskin şəkildə artıb.

Komissiya elə həmin gün Çində koronavirusla bağlı son məlumatlar barədə Gündəlik Brifinq yayımlamağa başlayıb.

XS
SM
MD
LG