Accessibility links

Çin beynəlxalq ictimayyəti ölkəsinin terrorçuluqla mübarizəsinə dəstək verməyə çağrıb


Çin rəsmiləri beynəlxalq ictimayyəti ölkəsinin terrorçuluqla mübarizəsinə dəstək verməyə çağrıb.

Çin Milli Xalq Konqresinin sözçüsü üç gün əvvəl ölkənin cənub-qərbindəki Kunminq şəhərində qılınclarla silahlanmış maskalı şəxslərin dəmir-yol stansiyasında 29 nəfəri öldürməsi və 130 nəfəri yaralamasından sonra beynəlxalq ictimaiyyətə müraciət edib.

Pekin hücumda Şərqi Türküstan İslamçı hərəkatını təqsirləndirib. Qrup əsasən hökumətin repressiyalarından şikayət edən müsəlman uyğur etnik azlıqların yaşadığı şimali-qərbi Sincan regionunda müstəqillik uğrunda mübarizə aparır.

Çinin Milli Xalq Konqresi Pekində təhülkəsizlik tədbirlərini gücləndirib.

Şənbə günü baş vermiş hücumdan sonra Çin rəsmiləri ölkənin sabitliyi və təhlükəsizliyini təminat altına almaq üçün terrorçu təşkilatların kökündən təmizləmək üçün sərt tədbirlər görülməsinə çağırıb. Uyğur türkləri bunun nəticəsində onlara qarşı daha ciddi məhdudiyyətlərin tətbiq ediləcəyindən ehtiyat edir.
XS
SM
MD
LG