Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatının Çində COVİD-19-la bağlı araşdırmaları davam edir


İlk dəfə 2019-cu ilin sonunda Çinin Hubey vilayətində ortaya çıxan koronavirusun mənbəyini araşdıran Ümumdünya Səhiyyə Təşkilatının bir qrup alimi bazar ertəsi COVID epidemiyasının erkən vaxtlarında idarə olunmasında əsas rol oynayan Xəstəliklərə Nəzarət Mərkəzini ziyarət edib.

Çin hökuməti Hubeyin Xəstəliklərə Nəzarət Mərkəzinə səfəri ilə bağlı hər hansı bir məlumat verməsə də, qrupun üzvü Piter Dazak jurnalistlərə bunun "həqiqətən faydalı və vacib görüş" olduğunu deyib.

Ümumdünya Səhiyyə Təşkilatının keçən ay Çinə səfər edən alimlərdən bir qrupu COVID yoluxmasının baş verdiyi Huanan Dəniz Məhsulları bazarını və ilk xəstələnənlərdən bəzilərininin müalicə edildiyi Uhan xəstəxanalarından birini də ziyarət edib.

Alimlər virusun harada, hansı heyvanda yarandığını və insanlara necə keçdiyini öyrənməyə çalışırlar ki, buna da illərlə vaxt gərək ola bilər.

Çində baş qaldıran epidemiya dünya miqyasında COVID pandemiyasına səbəb olub. Cons Hopkins Koronavirus Resurs Mərkəzi bazar ertəsi COVID-ə qlobal olaraq 103 milyon insanın yoluxduğunu, 2 milyondan çoxunun öldüyünü bildirib.

Koronavirusa yoluxma halı 103 milyona yaxın olan ABŞ dünyada birinci yerdə olmaqda davam edir. Ondan sonra 10,7 milyon yoluxma halları ilə Hindistan gəlir. 9,2 milyon yoluxma halı qeydə alınan Braziliya üçüncü yerdədir.

ABŞ 441 mindən ölüm halı ilə də irəlidə gedir. Braziliyada 224 mindən çox, Meksikada isə 158 mindən çox ölüm halı qeydə alınıb.

ABŞ-ın aparıcı epidemioloqunun bazar günü bildirdiyinə görə, COVID-in son dərəcə yoluxucu və daha ölümcül olan Britaniya variqantı yaxın həftələrdə ABŞ-da bundan əvvəl görünməmiş şəkildə yayıla bilər.

XS
SM
MD
LG