Çin hakimiyyəti şimal-qərbi Sincan regionunda müsəlmanları tanımaq, araşdırmaq və saxlamaq üçün “kütləvi nəzarət” tətbiqindən istifadə edir. Məlumatı Human Rights Watch (HRW) insan haqları qrupu yayıb.
Nyu Yorkda mənzillənən təşkilat mayın 2-də bildirib ki, mobil tətbiq “Sincanda sıravi adamlardan informasiya toplamaq” üçün istifadə olunur. Bu informasiyaya qan qrupu, boydan tutmuş, “dini mühit” və “siyasi mənsubiyyət”ədək çeşidli məlumatlar daxildir.
Bu mobil əlavə adamların hərəkətini onların telefonları, maşınları, şəxsiyyət vəsiqələri vasitəsilə izləyir, “şübhəli” hərəkəti qeydə alır. “Şübhəli” hərəkət deyəndə fərdin qonşuları ilə ünsiyyətə girməməsi, “qeyri-adi” həcmdə elektrik işlətməsi və sairə nəzərdə tutulur, HRW bildirir.
Sincan polisi “adamların tamamilə qanuni davranışı haqda informasiyanı qanunsuz toplayaraq onlara qarşı işlədir”, - qurumun Çin üzrə tədqiqatçısı Maya Uanq deyib.
Sincanda 13 milyon uyğur və digər əsasən müsəlman etnik qrupları yaşayır.
Çin müsəlmanların 1 milyonuna yaxınını “yenidən təhsil mərkəzləri”nə yerləşdirdiyinə görə tənqid olunur. İnsan haqları bu mərkəzləri islah əmək düşərgələri adlandırılar, amma Pekin ittihamı rədd edir.
Sincanın uyğurlardan sonra ikinci böyük etnik qrupu qazaxlardır. Regionda etnik qırğız, tacik, huilər də yaşayır.