Çin aviasiya tənzimləyicisi ölkənin hava yollarında 100-ə yaxın “Boeing 737 MAX 8” təyyarəsindən istifadəni dayandırıb. Rəqəm bu növdə istehsal olunmuş təyyarələrinin dörddə birindən çoxdur.
İndoneziya və Efiopiya da bu növ “Boeing”lərin istifadəsini dayandırıb.
Bir neçə gün öncə martın 10-u Əddis-Əbəbədən Keniyanın paytaxtı Nayrobiyə uçuş edən “Boeing 737 MAX 8” Efiopiyada qəzaya uğrayıb. Göyərtədə olan 149 sərnişin və 8 ekipaj üzvünün hamısı həlak olub.
Təyyarənin qəzaya uğramasının rəsmi səbəbləri məlum deyil. Təyyarə göyə qalxdıqdan bir neçə dəqiqə sonra yerə düşüb. Hadisədən öncə pilot texniki problemin olması barədə dispetçerə məlumat verərək, hava limanına enmək üçün icazə alıb.
Efiopiyada baş vermis qəzanın səbəbləri barədə danışmaq hələ tezdir. Lakin 2018-ci ilin oktyabrında İndoneziyada eyni növ təyyarə uçuşunun 13-ü dəqiqəsində yerə dəyib. Həmin hadisə zamanı 189 nəfər həlak olub. Verilən məlumatlara görə, qəzaya səbəb Boeing 737 təyyarələrində yeni kompüterləşdirilmiş idarəetmə sistemi olub.
Göyərtədə olan uçuş qeydinə əsasən, uçuşdan 11 dəqiqə sonra ekipaj burunu aşağı çəkən sistemlə mübarizə aparmağa çalışıb, təyyarənin sensorları idarəetmə sisteminə yanlış məlumatları ötürüb.
Müstəntiqlər təyyarənin ən azı 20 dəfə aşağı çəkildiyini və hər dəfə pilotların təyyarəni tarama gətirdiyini iddia edirlər. Buna baxmayaraq, uçuşun 13-cü dəqiqəsində pilotlar nəzarəti itirib və təyyarə təxminən 724 km/saat sürətlə dənizə düşüb.
Avia şirkətdə sistemlərin təlimatlarında bu cür vəziyyətlər üçün göstərişlər və həmçinin bu sistemi söndürmək üçün təlimatların olduğu qeyd edilib.