Accessibility links

Çikaqoda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib [Video]


Çikaqoda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib
please wait

No media source currently available

0:00 0:04:22 0:00

Amerika Birləşmiş Ştatlarının İllinoys ştatının Çikaqo şəhərində Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş qala gecəsi keçirilib. İllinoysda yaşayan “Azərbaycanlı Amerikalılar Cəmiyyəti”nin mayın 18-də təşkil etdiyi tədbirdə Amerikanın müxtəlif şəhər və əyalətlərindən gələn 200-dən çox qonaq iştirak edib.

Qonaqlar arasında Skoki şəhərinin meri Corc Van Dusen, Türkiyənin Çikaqodakı konsulu Umut Acar, Azərbaycan Dövlət Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Prof. Nəsiman Yaqublu kimi bir çox tanınmış insan yer alıb.

Tədbirdə xüsusi qonaq qismində iştirak edən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Amerikanın Səsi vasitəsilə Azərbaycan xalqına öz xoş diləklərini çatdırıb.

Tədbirdə qonaqlara azərbaycan musiqisi sədaları altında Azərbaycan və dünya mətbəxinə məxsus yeməklər təqdim olunub.

Daha sonra isə ADR-in yubileyi üçün hazırlanmış tort kəsilib.

Qala gecəsi üçün Bakıdan gələn xüsusi musiqili qonaqlar arasında tanınmış tarzən Ramiz Quliyev, Lalə Məmmədova, Nuriyyə Hüseynova, Çinarə Məlikzadə və pianoçu Etibar Əsədli olub.

Qonaqlar onların səsləndirdikləri Azərbaycan mahnılarının sədaları altında rəqs ediblər.

Tədbirin bəzi iştirakçıları isə Amerikanın Səsinə danışaraq, Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan xalqına öz təbriklərini və xoş diləklərini çatdırıb.

Tədbirin təşkilatçıları qonaqlara Cümhuriyyətin 100-cü ildönümünə həsr olunmuş xüsusi hədiyyələr təqdim edib.

XS
SM
MD
LG