Accessibility links

Bakı Apellyasiya məhkəməsi Abzas Media işi üzrə həbsdə olan jurnalistlərin şikayətini təmin etmədi


Elnarə Qasımova
Elnarə Qasımova

Martın 15-də Bakı Apellyasiya Məhkəməsində Abzas Media işi üzrə həbsdə olan jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın apellyasiya şikayətinə baxılıb.

Vəkillərin Amerikanın Səsinə verdiyi məlumata görə, şikayət onların ilkin həbs müddətinin 3 ay uzadılması haqqında qərardan verilib.

Bakı Apellyasiya məhkəməsi Abzas Media işi üzrə həbsdə olan jurnalistlərin şikayətini təmin etmədi
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Vəkillər hesab edir ki, jurnalislərin həbsdə qalması üçün heç bir maddi və prossesual əsaslar yoxdur.

İclasda da müdafiə tərəfləri Babalının və Qasımovanın cinayət təqibi və onların həbsdə saxlanılması üçün hüquqi əsasların olmadığını qeyd edib.

Lakin məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə prosesində iştirak edən jurnalist Elnarə Qasımova ittihamları təkzib edir və jurnalist fəaliyyətinə görə təqib olunduğunu bildirir.

Bununla bağlı Bakı Apellyasiya məhkəməsindən şərh almaq mümkün olmayıb.

Fevralın 28-də "AbzasMedia" işi ilə bağlı həbs olunan jurnalist Nərgiz Absalamova barəsində həbs qətimkan tədbiri daha 3 ay uzadılıb. Martın 7-də isə həmin iş üzrə həbsdə olan jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın da həbsdə saxlanma müddəti 3 ay artırılıb.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG