Şimali Koreya rəsmisi Vaşinqtona səfər edəcək

Cənubi Koreyanın "Yonhap" agentliyinin verdiyi məlumata görə, Şimali Koreyanın yüksək səlahiyyətli rəsmisi prezident Donald Tramp və Kim Conq Un arasında ikinci zirvə toplantısının ilkin hazırlıqları üçün Birləşmiş Ştatlara səfər edəcək.

Ağ Evdə prezident Donald Trampla görüşdən öncə Kim Yonq Çol cümə axşamı dövlət katibi Mayk Pompeo ilə danışıqlar aparmaq üçün Pekindən Vaşinqtona gedəcək.

Yonhap bildirib ki, Şimali Koreyanın nümayəndəsi səfər zamanı Donald Trampa Kim Conq Unun məktubunu təqdim edəcək.

Kim və Tramp iyun ayında Sinqapurda baş tutan zirvə görüşündə Pxenyanın nüvə proqramından imtina etməsini özündə ehtiva edən razılaşmaya imza atmışdılar.

Lakin Şimali Koreyanın kiçik irəliləyişdən öncə ölkəyə qarşı tədbiq olunan iqtisadi sanksiyaların aradan qaldırılmasını tələb etməsi və Tramp administirasiyasının hər hansı güzəşt verilməzdən əvvəl təmamilə nüvəsizləşdirilmə tələbi danışıqların davam etdirilməsinə mane olmuşdu.