Türkiyə ordusunda yenidənqurma

Türkiyədə 2 400-dən artıq hərbi personal işlərindən kənarlaşdırıldan bir gün sonra Ali Hərbi Şura onların yerlərinin digərləri ilə əvəzlənməsi üçün bir araya gəlib.

Hazırda 149 general və admiral vakansiyalarına təyinatlar edilir.

Görüşə Türkiyənin baş naziri Binalı Yıldırım və ordu, hərbi donanma və hava qüvvələrinin komandirləri də qatılıb.

Görüşdən bir az öncə iki general- Quru qüvvələrinin komandiri İhsan Uyaq, habelə Təlim və Doktrina Komandasının rəhbəri Kamil Başoğlu istefa verib.

Bu arada, ABŞ-da yerləşən iki təşkilat Türkiyədə hərbi çevriliş cəhdindən sonra jurnalistlərə və media təşkilatlarına qarşı başladılan reydlərə etirazını bildirib.

Jurnalistləri Müdafiə Komitəsi və Freedom House təşkilatı Türkiyə hökumətinin onlarla media təşkilatını bağlanması və onlarla jurnalistin həbsi qərarından narahat olduqlarını bildiriblər.

Hədəf alınan jurnalist və media təşkilatlarının ABŞ-da yaşayan müsəlman dini xadim Fətulla Gülənlə bağlı olduğu deyilir. Türkiyə hökuməti onu hərbi çevrilişin arxasında olmaqda günahlandırır.

Dövlət və özəl xəbər agentlikləri bildirib ki, Türkiyə hökuməti çərşənbə günü 45 qəzet, 23 radio, 16 televiziya kanalı və 3 xəbər agentliyinin bağlanması haqda qərar çıxarıb.

Türkiyə hökuməti bu həftə 88 jurnalistin həbsi barədə qərar çıxarıb. Onlardan 47-si Türkiyənin ən çox satılan Zaman qəzetinin sabiq jurnalistləridir.

88 jurnalistdən artıq 18-nin həbs olunduğu deyilir.

İyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra 13 min hərbi, ədliyyə və digər təşkilatların üzvlərini həbs edilib. On minlərlə dövlət işçisinin Gülənə bağlı olduğu iddialarına görə işlərindən uzaqlaşdırıldığı deyilir. Bu təşkilatlar arasında təhsil, səhiyyə, bələdiyyə və hətta Türkiyə Hava Yolları da var.