MSK 3 nəfərin prezidentliyə namizədliyini qeydə alıb

Mərkəzi Seçki Komissiyasının iclası

Martın 10-da Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin və namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Razi Nurullayevin namizədliyini qeydə alıb. Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin məlumatında deyilir.

Bununla prezidentliyə namizədlərin sayı 7-yə çatıb.

MSK bundan öncə hazırki prezident İlham Əliyevin, Zahid Orucun, Araz Əlizadənin və Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini qeydə alıb.

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək.