NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Şahin Novruzlunun atası İbrahim Novruzlu bu gün vəfat edib.
İbrahim Novruzlunun bu il iyulun 7-də Amerikanın Səsinə müsahibəni təqdim edirik.
Your browser doesn’t support HTML5
Ailəsindən Amerikanın Səsinə bildiriblər ki, o qəflətən ürək tutmasından dünyasını dəyişib. “İbrahim Novruzlu ürəyindən əməliyyat olunmalı idi. Lakin istintaq orqanı evimizdə olan bütün pulu götürüb. O müalicə və əməliyyat üçün vəsaiti olmadığından vəfat etdi”, deyə ailə üzvlərindən biri deyib.
Şahin Novruzlu 2013-cü ilin martında saxlanıb və 6 il həbsə məhkum edilib. Novruzlunun da üzv olduğu 8 NİDA fəalı hazırda həbsdədir.
Şahin Novruzlu həbs edilən zaman ailələrinə məxsus 94 min manat vəsait də istintaq tərəfindən götürülüb və indiyədək ailəsinə qaytarılmayıb.
2014-cü il iyulun 8-də Şahin Novruzlu prezident İlham Əliyevə müraciət edərək əfv olunmalarını istəyib.
Şahin Novruzlunu hələ atasının dəfnində iştirak etmək üçün həbsdən buraxmayıblar. Penitensiar Xidmət hələ ki, Şahin Novruzlunun atasının yas mərasimində iştirakı ilə bağlı müraciəti daxil olmadığını bildirib.
Ailə üzvü isə Penitensiar Xidmətə müraciət etmək üçün vəkillərlə danışıldığını deyib.
Bu isə NİDA fəallarının aclıq etdiyi zaman aprelin 25-də İbrahim Novruzlunun fəallara müraciətidir. Onun bəyanatı videonun son hissəsindədir.
Your browser doesn’t support HTML5