Digər müttəhim Təvəkkül Qurbanov 8,5 il müddətinə həbsə məhkum edilib
Mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Bu iş üzrə keçən digər müttəhim Təvəkkül Qurbanov 8,5 il müddətinə həbsə məhkum edilib.
Öncə prokuror onun 9 il azadlıqdan məhrum olunmasını istəmişdi.
Məhkəmə onları Cinayət Məcəlləsinin 228.2.1 (qabaqcadan bir qrup şəxslə əlbir olaraq silah və hərbi sursatın qanunsuz əldə edilməsi, daşınması, satışı, saxlanması, gəzdirilməsi), 228.2.2 (həmin hərəkətlərin təkrar törədilməsi) və 206.3.2 (qabaqcadan bir qrup şəxslə əlbir olaraq qaçaqmalçılıq) maddələri ilə təqsirli bilib.
P.Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O ittihamları qəbul etmir və həbsini siyasi sifariş hesab edir.