NATO-nun baş katibi: Rusiyaya qarşı "sərt" olmalıyıq [Video]

Your browser doesn’t support HTML5

NATO-nun baş katibi: Rusiyaya qarşı "sərt" olmalıyıq

Yens Stoltenberq Amerikanın Səsinə müsahibəsində qeyd edib ki, NATO Rusiya ilə dialoqları davam etdirməklə yanaşı öz müdafiəsini gücləndirməyə çalışır.

NATO ölkələri iki tərəfli stratejik razılaşma sayəsində 2014-cü ildə Rusiya Ukraynanın Krım ərazisini işğal etdikdən sonra ABŞ-la arasında yaranan narazılığı aradan qaldırmağa çalışır.

Yens Stoltenberq:

" İki tərəfli stratejiya o deməkdir ki, hücumların qarşısını almaq üçün müdafiəmizi gücləndirməliyik. Buna görə də Rusiyanın Ukraynaya etdiyinə cavab olaraq biz güclərimizi birləşdirib, qüvvələrimiz dəyərləndirməliyik.”

Bu yanaşma NATO-nun Soyuq Müharibə dövründə etdiyi iki tərəfli stratejiyanın müasir formasıdır. Həmin zaman ABŞ Şərqi Avropada Sovet qüvvələri barədə Moskva ilə danışıqlara başlamaq üçün uzunmənzilli nüvə başlıqlarını səfərbər etmişdi.

Stoltenberq Donald Trampın bir çox NATO ölkələrindən müdafiə xərclərinin artırmasını tələb etməsini görə narahatdır.

Yens Stoltenberq:

"Keçən həftə administrasiya tərəfindən təklif edilən büdcədə ABŞ-ın Avropadakı müdafiə xərclərini 40 faiz artıracağı gözlənilir. Daha çox ordu, daha çox təlim, daha çox silah-sursat. Bütün bunlar Birləşmiş Ştatların NATO-ya bağlılığını sübut edir."

Tramp üvzləri terrorizmə qarşı mübarizəyə səslədikdən sonra müttəfiqlər İŞİD-ə qarşı beynəlxalq koalisiya qurmaq qərarını verib.

Yens Stoltenberq:

“Bu hadisə güclü siyasi mesaj göndərməklə yanaşı, həm də ittifaqda əməkdaşlığı və koordinasiyanı inkişaf etdirəcək."

Stoltenberq qeyd edir ki, son zamanlarda Avropa ölkələrində baş verən terror hücumları sübut edir ki, terror artıq yalnız Avropanın problemi deyil.

Yens Stoltenberq:

Biz artıq ekstremizm kimi zorakı ideyalara qarşı siyasi və ideyaloji mübarizə aparmalıyıq. Biz həmçinin qeyr-sabitlik məsləsinə diqqət etməliyik. Çünki, bu bizim küçələrdə qarşılaşdığımız hücumları dəstəkləyən və həvəsləndirən səbəblərdəndir.