Myanma məhkəməsi iki jurnalisti ölkənin məxfilik qanunlarını pozduqlarına görə həbs edib

Myanmada iki jurnalist ölkənin məxfilik qanunlarını pozmaqda ittiham olunaraq, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən dekabr ayında həbs olunan Va Lon və Kyav Soe Oo Rakhayn ştatında aparılan zorakı hərbi kampaniyanı işiqlandırırdı. Həmin kampaniya nəticəsində ötən ilin avqust ayından bəri təxminən 700 min Rohinca müsəlman qonşu Banqladeşə qaçıb.

“Bu, ədalətsizlikdir. Onlar açıq-aşkar bizim demokratiyamızı hədələyir və bu ölkədə mətbuat azadlığını məhv edir. Biz bu məsələyə əlimizdən gəldiyi qədər sakit yanaşacağıq. Biz heç nədən qorxmuruq, çünki yanlış heç nə etməmişik”– deyə, Va Lon bildirib.

Reuters xəbər agetnliyinin baş redaktoru Stefen J. Adler hökmü qınayıb və Myanma hökümətini dərhal hökmü düzəltməyə çağırıb.

“Bu, Myanmanın demokratiyaya keçidində böyük geriləmədir, qanunun aliliyi və mətbuat azadlığı ilə uyğun gəlmir. Bu hal təcili şəkildə Myanma höküməti tərəfindən düzəldilməlidir. Biz Va Lon və Kyav Soe Oonun bu ədalətsik üzündən əziyyət çəkməsinə göz yuma bilmərik. Biz qarşımızdan gələn günlərdə atacağımız addımları nəzərdən keçirəcəyik. Buna beynəlxalq forumda yardım istəmək də daxildir,” Adler söyləyib.

Va Lon və Kyav Soe Oo Yanqonda iki polislə görüşüb, onlara çox sayda sənəd veriləndən sonra həbs olunub. Onlar 1923-cü ildə Myanma hələ Birma adlananda və Britaniyanın müstəmləkəsi ikən qəbul edilən Rəsmi Sirrlər Qanunu pozmaqda ittiham olunub. Hər iki jurnalist həmin sənədləri istədiklərini inkar edir.

Adler bu görüşü qurama adlandırıb.

Va Lon və Kyav Soe Oo-nun həbsi dünya boyu azad söz və insan haqları fəallarının qınaqlarına səbəb olub. Onlar bu həbsi Myanmanın 2016-cı ildə onlarla il repressiv ordunun hakimiyyəti altından çıxaraq demokratiyaya keçidindən sonra ifadə azadlığının üzləşdiyi ilk sınaqdır.