Hakim vəsatətləri təmin etməyib
Fevralın 3-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri üzrə proses davam edib.
Turanın məlumatına görə, iclasın əvvəlində müttəhimlərin bəzisi vəsatətlə çıxış edib.
Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu nəqliyyatın hərəkətini müşahidə ilə bağlı radarlardan məlumatın əldə edilməsi üçün yol polisinə sorğu barədə vəsatət qaldırıb.
Belə ki, onun İsmayıllıya hansı avtomobildə getdiyi radarda qeydə alınıb. Odur ki, bu məlumat onun yanvarın 24-də İsmayıllıda olduğu dəqiq vaxtın müəyyən olunmasına imkan verəcək.
Müttəhim Səxavət Səmədov məhkəməyə daha iki şahidin çağırılması ilə bağlı vəsatət qaldırıb.
Müttəhim Vasif İbrahimov telefon danışıqlarının və abonentlərin yerinə dair məlumatların açıqlanması barədə mobil operatorlara sorğu ilə bağlı vəsatət qaldırıb. Onun sözlərinə görə, bu, İsmayıllı hadisələri zamanı müttəhimlərin dəqiq yerinin müəyyən olunmasına imkan verəcək.
Lakin hakim vəsatətləri təmin etməyib.
Vəkil Fuad Ağayev məhkəmənin hərəkətlərinə etirazını bildirib. O, qeyd edib ki, məhkəmə ittiham tərəfinə bütün şəraiti yaradır, müdafiə tərəfinin şahidlərinə isə prosesdə iştirak imkanı vermir.
Sonra keçmiş polis əməkdaşı İsmayıl Hacıyev ifadə verib.
Bu gün o, ibtidai istintaqda Elşən İsmayıllıya (“Azadlıq” qəzetinin müxbiri Elçin İsmayıllının qardaşı) qarşı verdiyi ifadədən imtina edib.
Yerli sakin Vüsal Əzizov da müttəhimlərin əleyhinə ifadə verməyib.
Lakin İsmayıllı polis rəisinin müavini Şöhrət Kərimov müttəhimlərin əksəriyyətinin əleyhinə çıxış edib.
Bu, müttəhimlərin mənfi reaksiyasına səbəb olub. Onlar dəmir barmaqlıq arxasından Kərimovu yalan danışmaqda ittiham ediblər.
Günün ikinci yarısında Kərimovun ifadələri davam edib.
Daha sonra bü günə nəzərdə tutulmuş məhkəmə prosesi başa çatıb.