Hər iki təqsirləndirilən şəxs ittiham aktına etirazlarını bildirib
Dekabrın 10-da Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllıda iğtişaşların təşkilində və iştirakda ittiham olunan REAL Hərəkatının lideri İlqar Məmmədovun, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu və 16 müttəhimin işi üzrə növbəti iclas keçirilib.
Turan agentliyinin məlumatına görə üç müttəhimin vəkili olmadığından hakim iclasda fasilə elan edib.
Günün ikinci yarısında vəkillər gəlib və bundan sonra ittiham aktı elan olunub. Aktı dövlət ittihamçısı Qüdrət Məmmədov və Fuad Musayev oxuyublar.
İlqar Məmmədov və Tofiq Yaqublu ilə bağlı ittihamlar, demək olar ki, sözbəsöz təkrarlanıb. Hər iki təqsirləndirilən şəxs ittiham aktına etirazlarını bildiriblər.
Məmmədov deyib ki, mətn ümumiyyətlə azərbaycanca yazılmayıb. Vəkillər də ittiham aktı ilə razılaşmayıb, amma hakim onların sözünü kəsib.
Növbəti iclas dekabrın 17-nə təyin edilib.
Yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin menecerinin xuliqanlığı və icra hakimiyyəti rəhbərinin qohumunun iştirakı ilə törədilmiş yol-nəqliyyat hadisəsi sonradan icra başçısının qohumunun yerli əhalini təhqir etməsi ilə əlaqədar kütləvi iğtişaşa çevrilib. İğtişaş yanvarın 24-də davam edib. Bir qrup sakin oteli və onun həyətindəki xarici markalı maşınları yandırıb.
Yerli sakinlər rayon icra başçısının istefası tələbi ilə etiraz aksiyaları da keçirib. Sonradan aksiya böyüyərək, təhlükəsizlik qüvvələri ilə qarşıdurmalara çevrilib.
İ.Məmmədov və T.Yaqublu yanvarın 24-də iğtişaşlar yatmaq üzrə ikən vəziyyətlə tanış olmaq üçün İsmayıllıya gəlib.
Sonradan onlar həbs ediliblər və Cinayət Məcəlləsinin 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2-ci (güc tətbiq etməklə polisə müqavimət göstərmə) maddələri ilə ittiham olunublar.
Beynəlxalq ictimaiyyət İ.Məmmədovu və T.Yaqublunu vicdan məhbusu kimi tanıyıb və dəfələrlə onların dərhal azad edilməsini tələb edib. Hakimiyyət bütün bu çağırışlara məhəl qoymayıb.