Ağır leysan yağışları yeddi kəndi suya qərq edərək təxminən 300 nəfəri evlərini tərk etməyə məcbur edib
Rusiya rəsmiləri ölkənin cənubunda, Krasnodar ərazisində daşqın nəticəsində azı doqquz nəfərin həlak olduğunu bildiriblər. Ağır leysan yağışları yeddi kəndi suya qərq edərək təxminən 300 nəfəri evlərini tərk etməyə məcbur edib. Təcavüzə məruz qalmış əraziyə fövqəladə status verilib. Prezident Dmitri Medvedev dəyən zərəri qiymətləndirmək və daşqın qurbanlarına lazımı kömək göstərmək üçün agentliklərə təlimatlar verib.