İranın hərbi yük təyyarəsi qəzaya uğrayıb

İran hərbi rəsmilərini yanvarın 14-ü Əlborz əyalətində qəzaya uğrayan yük təyyarəsinin hərbi təyyarə olduğunu təsdiq edib və göyərtədə olan 16 nəfərdən 15-nin öldüyünü bildirib. Bu haqda ölkənin yarı-rəsmi Fars xəbər agentliyi məlumat verib.

"Qırğızıstanın Bişkek şəhərindən ət daşıyan Boeing 707 yük təyyarəsi bazar ertəsi Fəth hava limanına təcili eniş etməyə məcbur olub. Uçuş mühəndisi xəstəxanaya yerləşdirilib" - deyə, ordu rəsmisi bildirib.

Fars xəbər agentliyi baş verən qəzanın səbəbinin "pis hava şəraitinə görə hava limanını başqa aerodromla səhv salınması" olduğunu qeyd edib.