Hazırlıq iclası gərgin və emosional notda keçir. İclas noyabrın 5-də dava etdiriləcək
Noyabrın 4-də Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə 23-24 yanvarda İsmayıllıda baş verən hadisələrlə bağlı məhkəmə prosesinin hazırlıq iclası başlayıb. Açıq məhkəmə iclası olmasına baxmayaraq məhkəmə zalına jurnalistlər, hüquq müdafiəçiləri, müxalifət fəalları, hətta müttəhimlərin bir çox qohumları buraxılmayıb. Bunu iclas zalının dar olması ilə izah ediblər.
Bu halda vəkillərin məhkəmə iclasının daha geniş zalda keçirilməsi barədə vəsatətləri təmin edilməyib. Bakıdan, İsmayıllıdan məhkəməni izləməyə gələn iki yüzədək adam beş saat ərzində küçədə gözləməli olub.
“Məhkəmə zalından küçədə eşidilən qışqırıqları, hay-küyü nəzərə alsaq prosesin çox gərgin və emosional notda keçdiyi qənaətinə gəlmək olar”, deyə Amerikanın Səsinin məhkəmə zalının qarşısında gözləyən müxbiri bildirib.
İclasın sonunda REAL Hərəkatının lideri İlqar Məmmədovun vəkili Xalid Bağırov məhkəməni “rüsvayçı şou” adlandırıb.
Onun sözlərinə görə, məhbusların saxlandığı dəmir barmaqlıq o qədər balaca olub ki, sıxlıqdan bəzi məhbuslar özlərini pis hiss edib.
Hakim prosesin videoya alınması barədə vəsatətləri təmin etməyib.
İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu məhkəməni siyasi adlandırıb və digər ittiham edilənlərin azad edilməsini İlham Əliyevdən tələb ediblər.
Bundan sonra vəkillərin cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirlərinin dəyişdirilməsi və məhkəmənin daha geniş yerdə keçirilməsi ilə bağlı vəsatətləri təmin edilməyib.
Vəkil sonuncu vəsatət təmin edilmədiyi halda vəkillərin müdafiədən imtina edəcəyini hakimin diqqətinə çatdırdıqlarını deyib.
O həmçinin İlqar Məmmədovun həbs müddətinin başa çatdığını və onun qanunsuz olaraq həbsdə saxlandığını bildirib.
Hazırlıq iclası noyabrın 5-də saat 11-də davam etdiriləcək.