Bu barədə Müsavat Partiyasının Məclisi qərar qəbul edib
Müsavat Partiyasının Məclisi partiyanın başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.
İsa Qəmbər seçkilərdə qələbəsinə əminlik ifadə edib.
Onun fikrincə, son video qalmaqalları Azərbaycanın hakim rejimini tamamilə ifşa edib, onun korrupsiyaya uğradığını və hakimiyyətin kriminal xarakterini nümayiş etdirib.
Xatırladaq ki, son günlərədək yerli mediada və ictimai fikridə aparıcı müxalifət qüvvələrini birləşdirən İctimai Palatanın prezident seçkilərində vahid namizədinin olacağı yer alıb. Görünür İctimai Palatada müzakirələr müsbət nəticə verməyib.
Bununla yanaşı, İctimai Palatanın və müxalifətin aparıcı qüvvələrindən olan Azərbaycan Xalq Cəbhəsi Pariyasının sədri Əli Kərimli də prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.
Azərbaycanda növbəti prezident seçkiləri 2013-cü il oktyabrın 16-da keçiriləcək.