İntiqam Əliyev: Demokratik institutlar yaradılmasa siyasi məhbus problemi hər zaman qalacaq [Video-müsahibə]

Your browser doesn’t support HTML5

İntiqam Əliyev: Demokratik institutlar yaradılmasa siyasi məhbus problemi hər zaman qalacaq

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev Amerikanın Səsinə müsahibəsində siyasi məhbuslar, məhkəmə və seçki islahatları ilə bağlı problemlərdən danışıb.

Amerikanın Səsi: Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin edib. Bu siyasi məhbus problemini həll edəcəkmi?

İntiqam Əliyev: Siyasi məhbuslar üzrə məruzəçinin təyin edilməsi bir uğurdur. Bu beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarının birgə işinin nəticəsidir. Hakimiyyət bunu istəmirdi.

Pedro Aqramundun o vəzifəyə təyin edilməsi çox pis hadisədir.

Amma pis odur ki, həmin vəzifəyə uzun müddət başqa pozisiyada çıxış edən, Azərbaycan hakimiyyətinin dostu, vəkili kimi tanınan bir adamı təyin ediblər. Pedro Aqramundun o vəzifəyə təyin edilməsi çox pis hadisədir.

Aqramund AŞPA-nın üzvü olduğu bütün dövrlərdə insan hüquqları ilə bağlı bütün sahələrdə (seçkilər, siyasi məhbus və b.) rəsmi və qeyri-rəsmi olaraq Azərbaycan hakimiyyətinə dəstək verib. Ona görə işimiz asan olmayacaq. İşin mürəkkəbliyi həm də ondan ibarətdir ki, Azərbaycanın vətəndaş cəmiyyətinin də bu məsələyə münasibəti bir mənalı deyil. Hökumət çoxlu sayda qeyri hökumət təşkilatları (QHT) yaradıb. Təəssüf ki, onlar siyasi məhbuslar sahəsində də fəaliyyət göstərir. Vaxtı ilə bu sahədə uğurlu fəaliyyət göstərən QHT-lərin bir hissəsi də hökumətə dəstək verir. Yəni AŞPA-nın sessiyalarındakı müzakirələrdə onlar hökumətə dəstək verir. Ona görə çətin olacaq. Amma prinsipcə iş üçün imkanlar var.

Amerikanın Səsi: Siz uzun müddətdir yerli məhkəmələrin monitorinqini aparırsınız. Məhkəmələrin vəziyyəti necədir?

İntiqam Əliyev: Siyasi məhbus probleminin kökündə hakimiyyətin bölgüsü, azad seçki, müstəqil media və müstəqil məhkəmələrin olması dayanır. Bu sahədə dəyişiklik olmasa, müstəqil demokratik institutlar yaradılmasa siyasi məhbus problemi hər zaman qalacaq. Ola bilər ki, beynəlxalq təşkilatların və bizlərin səyi nəticəsində kimləri isə buraxdılar. Amma yenə də növbəti adamları tutacaqlar.

Məhkəmələr bu ölkədə hakimiyyətin əlində siyasi opponentlərini, fərqli düşünən insanları sıradan çıxarmaq, medianı, vətəndaş cəmiyyətini boğmaq üçün bir vasitədir.

Məhkəmələr bu ölkədə hakimiyyətin əlində siyasi opponentlərini, fərqli düşünən insanları sıradan çıxarmaq, medianı, vətəndaş cəmiyyətini boğmaq üçün bir vasitədir. Bu vasitədən də hakimiyyət effektli şəkildə istifadə edir.

Vəziyyət dəyişəcəkmi? Bunlar bir-biri ilə bağlıdır. Yəni azad seçki, müstəqil media olmasa məhkəmələrdə qərarlar sifarişlə qəbul ediləcək. Bu birmənalıdır. Çünki ölkədə nəzarət mexanizmlərini həyata keçirən qurumlar yoxdur.

Amerikanın Səsi: Yeri gəlmişkən, iyunda AŞ Nazirlər Komitəsində Azərbaycanın öhdəlikləri ilə bağlı dinləmələr olub. Azərbaycan hökuməti dinləmələr zamanı hesabat da təqdim edib. Avropa Şurası Azərbaycandan nə gözləyir? Xüsusilə 2005-ci il parlament seçkiləri ilə bağlı nə gözləyir?

İntiqam Əliyev: Bir qədər dəqiqləşdirmə gətirim. Avropa Məhkəməsinin Azərbaycanda seçki və media azadlığı ilə bağlı qəbul etdiyi qərarların icra durumu müzakirə edilirdi. Dinləmələr

Nazirlər Komitəsi Azərbaycan hökumətinə çox konkret suallar göndərdi; seçki komissiyalarının formalaşdırılması, seçki şikayətlərinə baxılması, məhkəmələrin müstəqilliyi, hakim korpusunun formalaşdırılması və s. konkret suallar var.

hökumətin bu sahədə gördüyü ümumi xarakterli tədbirlərlə bağlı idi. Azərbaycan hakimiyyəti AŞ Nazirlər Komitəsinə bu sahədə gördüyü işlər barədə fəaliyyət planı təqdim edib. Təzə qərara görə məhkəmənin hər bir qərarı ilə bağlı hökumət fəaliyyət planı təqdim etməlidir. 90 səhifəlik fəaliyyət planı idi. Nazirlər Komitəsi bildirdi ki, Azərbaycan hökumətinin təqdim etdiyi fəaliyyət planı onun bu sahədə gördüyü işlərlə bağlı yetərincə məlumat vermir. Çox ümumidir və qanunları fəaliyyət planında əks etdiriblər. Ona görə də Nazirlər Komitəsi Azərbaycan hökumətinə çox konkret suallar göndərdi; seçki komissiyalarının formalaşdırılması, seçki şikayətlərinə baxılması, məhkəmələrin müstəqilliyi, hakim korpusunun formalaşdırılması və s. konkret suallar var. Azərbaycan hakimiyyətinə cavab verməsi üçün sentyabradək vaxt verilib.

İndi fərqli situasiya yaranıb. Biz əlimizdə olan məhdud mexanizmlərdən istifadə edərək Azərbaycan hakimiyyətinin yalan danışdığını, heç bir iş görmədiyini ictimai diqqətə çatdırmalıyıq. Eyni zamanda təsir rıçaqlarından istifadə edib bu sahədə irəliləyişlərə nail olmalıyıq.

Amerikanın Səsi: Azərbaycan hökumətinin seçki islahatlarına gedəcəyinə inanırsınızmı?

İntiqam Əliyev: Hökumət seçkilərin keçirilməsində maraqlı deyil. Seçkilərlə bağlı istənilən təkliflər, iradlar hakimiyyət tərəfindən qıcıqla qarşılanır. Çünki hakimiyyət anlayır ki, azad seçki keçirsə bu

Ölkədə müstəqil media, hakimiyyət bölgüsü, müstəqil seçki komissiyaları, toplaşmaq azadlığı yoxdursa seçki azad ola bilməz və orada biz yox, yalnız İlham Əliyev qalib gələ bilər.

sistem dağılacaq. Azərbaycan vətəndaşı korrupsiyaçı, avtoritar hakimiyyətə səs verməyəcək. Bu birmənalıdır. O anlamda inanmıram ki, hakimiyyət demokratik seçkilər keçirəcək. Yeri gəlmişkən, çox səhv mesajlar verirlər, - seçkini udmuşuq. Çox yanlış mesajdır. Ölkədə müstəqil media, hakimiyyət bölgüsü, müstəqil seçki komissiyaları, toplaşmaq azadlığı yoxdursa seçki azad ola bilməz və orada biz yox, yalnız İlham Əliyev qalib gələ bilər. YAP qalib gələ bilər o seçkilərdə.

Müəllifdən: Azərbaycan hökuməti ölkədə seçkilərin demokratik və azad keçirildiyini, media azadlığının təmin edildiyini və siyasi məhbusların olmadığını bildirir. Prezident İlham Əliyev bu günlərdə AŞPA-nın yay sessiyasında çıxışı zamanı da bu bəyanatları bir daha təkrarlayıb.