Məmmədovun məhkəməsi qapalı keçirilir
Martın 6-da vətəndaş cəmiyyətinin bir qrup fəalı həbsdə olan “Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında etiraz aksiyası keçirib.
Aksiyarda iştirak edənlər yaxalarına H.Məmmədovun fotosunu taxıblar. Fotonun üzərində “Hilal Məmmədova azadlıq!” şüarı yazılıb. Eyni zamanda aksiya səssiz olub və heç bir şüar səsləndirilməyib.
H.Məmmədovun hüquqlarını müdafiə komitəsinin sədri Rafiq Cəlilov jurnalistlərə bildirib ki, aksiya H.Məmmədovun azadlığa buraxılması tələbi ilə keçirilir.
“Biz həmçinin onun səhhətinin pisləşməsindən narahatıq”, - R.Cəlilov vurğulayıb.
Polis əvvəlcə aksiyanın gedişinə müdaxilə etməyib. Lakin 15-20 dəqiqədən sonra polislər iştirakçılardan dağılışmağı tələb ediblər. Aksiyada iştirak edən və tədbiri işıqlandıran qadınlara 8 mart bayramı münasibətilə H.Məmmədovun adından çiçək dəstələri təqdim edilib.
Məhkəmə prosesinə gəlincə, qapalı rejimdə davam edir. Bu, son 20 gündə H.Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı üçüncü aksiyadır.
Xatırladaq ki, H.Məmmədov üç maddə üzrə ittiham olunur. Onların arasında dövlətə xəyanət, qanunsuz narkotik maddənin saxlanması və millətlərarası ədavətin qızışdırılması var. Lakin beynəlxalq birlik və yerli hüquq müdafiəçiləri onu vicdan məhbusu hesab edirlər.