Vəfa Quluzadə: `Amerika barıtlı çəlləyə qığılcım səpilməsinə imkan verməməlidir`

  • Nərminə Cəlalqızı

Vəfa Quluzadə, Xəzər Araşdırmaları Mərkəzi

Your browser doesn’t support HTML5

Vəfa Quluzadə Amerika səfirinin Liviyada öldürülməsinin səbəblərindən danışdı




Liviya və Misirdə ABŞ elçiliklərinə edilən hücumlara reaksiya verən “Xəzər” Araşdırmaları Mərkəzinin direktoru Vəfa Quluzadə Amerika əleyhinə əhval-ruhiyyənin kökləri və səbəblərini şərh edib.

Cənab Quluzadə ABŞ və İran arasında qarşıdurma, Çin və Rusiyanın BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qərarına qarşı olması kimi beynəlxalq məsələlərə də toxunub.

Sabiq diplomat hesab etdiyini bildirdi ki, Birləşmiş Ştatların əleyhdarları ölkədə keçid dövrü mövcud vəziyyətdən sui-istifadə edərək sadə xalqı Amerika və ya Qərblilərə qarşı ayağa qaldırmağa can atır.

Ekspert Sovet dövründə, 70-ci illərdəki təcrübəsindən misal gətirərək yerli əhalinin ehysiyyatlarına toxunmamağı tövsiyə etdi və bir hekayə paylaşdı.
Misirdə səfrilikdə işləyərkən, misirlilərə nümayiş etdirmək üçün Qahirəyə sovet mentalitetinə uyğun və çox populyar “Beloe solntse pustıni” – “Səhrada qızmar günəş” adlı film göndərildi. O zamankı səfir Vinoqradovla birlikdə bu filmə baxdıq və səfir qətiyyətlə belə bir filmin Misirdə nümayiş etdirilə bilməyəcəyini dedi. Cənab Vinoqradov Mərkəzi Asiyada rusların müsəlmanları qırmağına gözəl illüstrasiya olan belə bir filmin misirlilərin qəzəbinə səbəb olacağını dedi və filmi geri göndərdi.