ABŞ prezidenti Donald Tramp Respublikaçıların vergi islahatı planının orta sinif və korporasiyaları ağır vergilərdən qurtaracağını deyir.
Tramp yeni planı İndianapolisdə coşqun bir kütlə önündə açıqlayıb.
“Biz əsasən zənginlərə faydalı olan güzəştləri ləğv edirik. Biz həmçinin Konqresə imkan yaradırıq ki, onlar ən yüksək gəlirli vergiödəyicilərinə əlavə vergi tətbiq etsin və beləcə işçi sinfinin vergiləri azalsın. İkinci məqsədimiz isə vergiləri sadə, ədalətli və anlaşılan etməkdir”, deyə prezident bildirib.
Tramp həmçinin deyib ki, korporativ vergilər xarici investisiyanı cəlb edəcək. O bildirib ki, hazırkı sistem altında bir çox xarici şirkət vergi dərəcəsi səbəbilə ABŞ-da bizneslə məşğul olmaqdan çəkinir.
Tramp yardım planının necə maliyyələşdiriləcəyini deməyib, lakin bitərəf Məsuliyyətli Federal Büdcə Komitəsi vergi islahatının növbəti 10 ildə dövlət borcuna 2.2 trilyon dollar əlavə edəcəyini təxmin edir.