Repressiyalar və İşgəncələr Əleyhinə Komitə iyulun 10-da Müsavat Partiyasının mənzil-qərargahında 2018-ci il Gəncə hadisələrinə həsr olunmuş tədbir keçirib.
İclasın əvvəlində məlum olub ki, Gəncə hadisələri ilə bağlı həbsdən olan Aydın Qurbanov həbsxana xəstəxanasında vəfat edib. İştirakçılar onun xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev "2018-ci Gəncə hadisələri: terror, təxribat və ya ictimai etirazlar. Reallıqlar və uydurmalar" adlı hesabatı təqdim edib.
Your browser doesn’t support HTML5
O deyib ki, məhkəmə proseslərinin monitorinqləri, müttəhimlərin ailə üzvlərindən və vəkillərdən əldə edilən informasiya göstərir ki, Gəncə hadisələri üzrə həbs olunanları sübut olmadan təqib edirlər.
"Gəncənin icra hakimiyyəti başçısına atəş açan Yunis Səfərov polisdə işgəncələrə məruz qalıb. Onun üzərində zorakılıq əlamətlərinin olduğunu əks etdirən foto sosial şəbəkələrdə yayılıb. Bu fotonu yayanlar və iğtişaşlara çağıranlar indiyədək müəyyən edilməyib və tapılmayıb.
SEE ALSO: İşgəncələrlə bağlı dinləmələr keçirilibDigər tərəfdən şəhərin mərkəzində Rəşad Böyükkişiyevin əlində xəncər rahat gəzməsi, iki polis zabitini öldürüb, sonra gizlənməsi də çoxlu suallar doğurur. Polislər özləri məhkəmədə bildirdilər ki, etiraz aksiyası olan gün onlardan silahları yığıblar", hüquq müdafiəçisi deyib.
O qeyd edib ki, 1000-ə yaxın adam saxlanılıb. Əksəriyyəti bir neçə gündən sonra buraxılsa da, 80-ə yaxın adam həbs edilib. Onların əksəriyyəti amansız işgəncələrə məruz qalıb. Bəzisi dözməyərık intihara cəhd edib.
İşgəncə tətbiq edənlərin arasında təkcə polis yox, prokurorluq əməkdaşları da olub.
Hesabat müəllifləri işgəncə törədənlərin məsuliyyətə cəlb edilməsinin, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin hərəkətlərinin araşdırılmasının (etirazlara onun hərəkətlərinin səbəb olduğu bildirilir), təqiblərə son qoyulmasının, həbs edilən və mühakimə olunanlara bəraət verilməsinin vacibliyini qeyd ediblər.
SEE ALSO: Gəncə hadisələri ilə bağlı həbs edilənlərin yaxınları işgəncə faktlarının araşdırılmasını tələb edirSonda tədbir iştirakçıları 10 iyul tarixini İşgəncələrə Qarşı Mübarizə Günü elan edib.
Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, Gəncə hadisələri ilə bağlı saxlanılan şəxslərə amansız işgəncələr verən şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməyib.
“Bəs Rəşad Böyükkişiyev nə üçün sağ tutulmayıb, öldürülübdür? Kim və nəyin ört- basdır olunmasına çalışıb?! Nə üçün 8 nəfər istintaq və məhkəmə önünə çıxaırlmadan qətlə yetirildi? Doğurdanmı onları sağ ələ keçirmək mümkün olmayıb?Oqtay Gülalıyev, hüquq müdafiəçisi
“Gəncə hadisələrinin səbəbləri və nəticələri araşdırılıb hüquqi qiymət verilməlidir. Hadisələr zamanı əlində qılınc oynadan şəxsin hərərkətlərini müşahidə edən mülki vətəndaşları həbs ediblər, amma həmin şəxsi zərəsizləşdirməli olan polislər azadlıqdadır. Bütün bunlar araşdırlmalıdır,” Gülalıyev deyib.
Hesabatda qeyd olunur ki, Gəncə hadisələri ilə bağlı xeyli açıq suallar var. Bütün bu suallara hakimiyyət orqanları cavab verməli olduğu halda onlar günahı həbs olunanlarda görür və həmin şəxsləri dini radikallar hesab edirlər. Amma "Gəncə işi" ilə bağlı həbs olunanların böyük əksəriyyəti dindar deyil. Hətta onların dindar olması da günahkar olmaları üçün əsas sayıla bilməz. Və həbs olunanların çoxu öncədən iddia edildiyi kimi "mütəşəkkil dəstə" deyil, məhkəmə zamanı biri- birilərini tanıyıblar.
“Bəs Rəşad Böyükkişiyev nə üçün sağ tutulmayıb, öldürülübdür? Kim və nəyin ört- basdır olunmasına çalışıb?! Nə üçün 8 nəfər istintaq və məhkəmə önünə çıxaırlmadan qətlə yetirildi? Doğurdanmı onları sağ ələ keçirmək mümkün olmayıb? Onları sağ ələ keçirmək üçün hansı qabaqlayıcı və təhlükəsizlik tədbirləri görülüb? Niyə bu günə qədər həmin şəxslərin öldürülməsi ilə bağlı əməliyyat şəkilişi ictimaiyyətə təqdim olunmayıb? Onların qatı cinayətkar olmasını təsdiq edən sübutlar niyə bu günə qədər ictimaiyyətə təqdim edilməyib? Eləcə də əməliyyat zamanı Azərbaycanda olmayan Ağa Sərxanı nəyə görə qətlə yetirildi və niyə ötən 1 ildə onun nəşi dəfn olunmaq üçün hələ də ailəsinə təhvil verilməyib?”
Sənəddə yazılır ki, aidiyyatı qurumlar yuxarıda qeyd olunan suallara cavab verməlidir.
“Həbs olunan şəxslərə ağır işgəncə verən vəzifəli şəxslər məsuliyyətə cəlb olunmalıdır. Hazırda məhkəməsi gedən, günahı sübuta yetirilməyən şəxslər azad edilməli, onlara bəraət verilməlidir. Yunis Səfəro daxil olmaqla konkret cinayət əməli törədənlərin isə istintaqi və məhkəməsi ədalətli, şəffaf aparılmalıdır. Elmar Vəliyevin icra başçısı işlədiyi zaman yol verdiyi qanunsuzluqlar araşdırılıb haqqında ölçü götürülməlidir,” hesabatda qeyd edilir.
2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.
Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında Elmar Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib.
İyulun 10-da Daxili İşlər Nazirliyi Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki yüksək rütbəli polis əməkdaşı öldürülüb. Bunun ardınca kütləvi həbslər baş verib. 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət zamanı 6 nəfər öldürülüb.
Martın əvvəlində ümumi sayı 14 nəfərdən ibarət iki qrupun barəsində hökm çıxarılıb. Onlar kütləvi iğtişaşlarda iştirakda və polis əməkdaşlarına qarşı zorakılığın tətbiqində ittiham olunaraq 5 ildən 8 ilədək azadlıqdan məhrum ediliblər.
Hazırda da məhkəmələrədə Gəncə işi ilə bağlı proses davam etdirilir.
Bununla yanaşı, rəsmi Bakı işgəncələrlə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəhbərləri ölkədə fundamental azadlıqların tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bildirir.