ABŞ prezidenti Vaşinqtonda İsrailin Baş naziri ilə görüşür

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama İranın nüvə proqramını müzakirə etmək üçün bu gün Vaşinqtonda İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşəcək.

Görüş prezidentin məsələni hərbi yolla deyil, diplomatik yollla həll etməyə üstünlük verdiyini deməsindən bir gün sonra keçirilir.

Ag Evdə keçiriləcək görüş İranın nüvə proqramı və İsrailin mümkün müdafiə tədbirlərinin qlobal narahatlığa səbəb olduğu bir vaxt baş verir.

Cənab Obama dünən Vaşınqtonda yerləşən Amerika-İsrail İctimai Əlaqələr Komitəsində çıxışı zamanı deyib ki, artmış təzyiqlərin azaldılması və İranın nüvə silahları əldə etməsinin qarşısını almaq üçün geniş beynəlxalq koalisiyanı qoruyub saxlamaq vaxtıdır.

ABŞ prezidenti İranla müharibə ətrafında lazımsız söh-söhbət getdiyini deyib. Bununla belə o, İranın nüvə proqramının hərbi müdaxilə də daxil olmaqla qarşısını almaq məsələsində qətiyyətli olduğunu bir daha vurğulayıb.