ATƏT PA komitə sədri: Anar Məmmədlinin yeganə cinayəti seçici hüququnu müdafiəsidir

İzabel Santos

İzabel Santos Azərbaycan hökumətinin sistematik olaraq vətəndaş cəmiyyətini təqib etməsini pisləyir
ATƏT Parlament Assambleyasının demokratiya və insan hüquqları komitəsinin rəhbəri İzabel Santos vətəndaş fəalı Anar Məmmədlnin 5,5 il azadlıqdan məhrum edilməsini pisləyib.

“Azərbaycan hökuməti sistematik olaraq vətəndaş cəmiyyətini təqib edir ki, bu da Anar Məmmədlinin mühakimə olunmasında özünü növbəti dəfə büruzə verir. Mənə elə gəlir ki,

A.Məmmədlinin yeganə cinayəti Azərbaycanda seçicilərin hüquqlarının müdafiəsi üzrə fəaliyyəti ola bilər.
Onun mühakimə olunması insan hüquqları və demokratiya sahəsində ATƏT dəyərlərinin itirildiyindən xəbər verir”, - Santos bildirib.

A.Məmmədli ilə birlikdə Bəşir Süleymanlı və Elnur Məmmədov da həbs olunub. Onlar qanunsuz sahibkarlıqda və vergi ödəməməkdə ittiham olunublar.

Əslində A.Məmmədov və onun Seçkilərin Monitorinqi Mərkəzindən olan həmkarları 2013-cü ilin oktyabrında keçirilən prezident seçkiləri zamanı çoxsaylı saxtalaşdırma və pozuntu faktları aşkar ediblər.

Santos ümidvar olduğunu bildirib ki, ATƏT PA-nın qarşıdakı iyun sessiyasında bu məsələ qaldırılacaq və ATƏT-in hüquqi standartları və insan hüquqları sahəsində öhdəliklərə uyğun olaraq öz həllini tapacaq.