Amerikalı səyyarların azad edilməsi səyləri davam etdirilir

  • Amerikanın səsi

Amerikalı səyyarların azad edilməsi səyləri davam etdirilir

İranda həbsdə olan iki amerikalı səyyarın vəkili onların azad edilməsi üçün daha bir hakimin imzasına ehtiyac olduğunu bildirib. Vəkil Məsud Şafii deyib ki, amerikalıların zaminə buraxılması üçün 1 milyon dollarlıq vəsaitin ödənilməsi üçün imkan yaradılacağına ümid bəsləyir.

İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib ki, Şeyn Bauer və Caş Fattalın azad edilməsi İslamın mərhəməti ola bilər. Bu gün keçirdiyi mətbuat konfransında nazir Amerikanı məhbəslərində saxladığı iranlıların azad edilməsinə çağırıb. Keçən ay amerikalı səyyarlar casusuluq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl İran prezidenti Mahmud Əhmədinejad NBC tele-şirkətinə müsahibəsi zamanı səyyarların bir neçə gün ərzində azad edilə biləcəyini demişdi.