«Gündəlik Azərbaycan» qəzetinin şöbə redaktoru fiziki zorakılığa məruz qalıb

«Gündəlik Azərbaycan» qəzetinin şöbə redaktoru Üzeyir Cəfərov dünən gecə qəzetin ofisinin qarşısında iki şəxs tərəfindən fiziki zorakılığa məruz qalıb.

Həmin şəxslər dəmir lomla jurnalistin baş nahiyəsinə zərbələr endirib. O hazırda xəstəxanaya yerləşdirilib və ağrılardan əziyyət çəkir. «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayev isə dünən məhkəmənin hökmü ilə böhtan ittihamı ilə iki il yarım müddətə həbs olunub.