Məhkəmədə Bəxtiyar Hacıyevə 11 il azadlıqdan məhrumetmə cəzası istənilib
Your browser doesn’t support HTML5
Dekabrın 28-i Bakı Ağır Cinayətlər Məhkəməsində siyasi fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə iclası keçirilib. Prosesdə dövlət ittihamçısı onun 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib. Müdafiə tərəfi bununla razı deyil və fəala bəraət verilməsində israr etmək niyyətindədir.