Kremlin Ukraynadakı mövqələrə qarşı yeni nüvə başlığı daşıya bilən raketlərdən istifadə etməsindən sonra Moskva, Ukrayna və Qərb qüdrətləri ilə artan hərbi gərginlik fonunda, Donald Trampın inaqurasiyasını gözləyir.
Rusiya Prezidenti Vladimir Putinin noyabr ayında dünyaya Rusiyanın Ukraynaya nüvə başlığı daşıya bilən hipersonik raket atmasını açıqlaması eskalasiyanın Vaşinqtonda hakimiyyətin ötürülməsinə həftələr qaldığı bir vaxta təsadüf etməsi ilə bağlı suallar qaldırıb.
Rusiyanın Strateji Raket Qüvvəsinin başçısı general Sergey Karakayev bu yeni raketin dağıdıcı imkanlarını vurğulayıb.
“Qarşıya qoyulan tapşırıqları və bu silahın mənzilini nəzərə aldıqda, o, bütün Avropa boyu hədəflərə çata bilər,” o deyib.
Putin deyib ki, Rusiyanın raket atması Bayden administrasiyanın Ukraynaya Amerikanın təchiz etdiyi raketlərlə Rusiyanın daxilinə zərbə endirməsinə icazə verməsinə cavab idi. O deyib ki, bunun məqsədi Rusiyanın, istəsə, NATO ərazisinə zərbə endirə biləcəyini göstərmək idi.
Müşahidəçilər deyir ki, raket hücumları həm Rusiya, həm də Ukraynanın gücünü nümayiş etdirmək və danışıqlara ən güclü mövqedən daxil olmaq strategiyasının bir hissəsidir.
Kreml vəzifədən gedən ABŞ Prezidenti Co Baydeni prezident seçilən Donald Trampın seçki kampaniyası zamanı vəd etdiyi kimi müharibəni tez bir zamanda bitirmək üçün vaistəçilik etmək səylərini sabotaj etməkdə ittiham edir.
Rusiya daha öncə də bu ittihamları irəli sürüb.
“Əlbəttə ki, 2016-cı ildə Trampın Ağ Evdəki ilk həftələtində onun Rusiya Federasiyası ilə normal dialoq aparmaq planlarına böyük ölçüdə xələl gətirilmişdi. Mən indi də qarışıqlıq yaratmaq istəyinin olduğunu istisna etmirəm,” Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.,
Ancaq Vaşinqtonda bəzliləri deyir ki, Donald Trampın Ağ Evdə olub-olmamasından asılı olmayaraq, Rusiya müharibəyə son qoymaqda maraqlı deyil.
“Bu müharibə Rusiya elitası üçün artıq yeni normaya çevrilib. Onlar müharibənin davam etməsini istəyir, çünki o iqtisadi artıma gətirib çıxarır. Bəz müharibə bitsə nə olacaq? Hazırda cəbhədə olan insanlara nə olacaq? Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Vladislav İnozemtsev deyir.
Bu arada isə Moskvada yerləşən Yuri Levada Analitik Mərkəzin apardığı yeni rəy sorğusunun nəticələri Rusiyada ictimai rəyin Ukraynada müharibəyə son qoymaq üçün danışıqların aparılması lehinə dəyişdiyinə işarə edir.
Bu yaxındlarda Ukraynada aparılan Gallup sorğusunun nəticələri isə onu göstərir ki, sorğuda iştirak edən ukraynalıların orta hesabla 52 faizi ölkələrinin münaqişəyə mümkün qədər tez son qoyması üçün danışıqlar aparmasını istəyir.
Bu ictimai rəy belə davam edərsə, Trampın planını irəlilətməsi və hər iki tərəfi hazırkı eskalasiyaya rəğmən atəşkəslə bağlı danışıqlar aparmağa razı salması üçün ehtimal yarana bilər.