İsrail ordusunun cümə axşamı Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 17 fələstinli həlak olub. Həkimlərin bildirdiyinə görə, qüvvələrin mərkəzi əraziləri bombardman etməsi fonunda tanklar anklavın şimal və cənubunda daha dərinlərə doğru irəliləyib.
Gərginlik İsrail və İranın dəstəklədiyi Hizbullahın Livanda atəşkəsə razılaşmasından bir gün sonra baş verib. Livanda bir ildən çox davam edən döyüşlərə son qoyulması Qəzzada HƏMAS ilə oxşar razılaşmaya ümidlər artırıb.
Qəzza zolağının şimalındakı Beyt Lahiya bölgəsində bir evə və Kamal Ədvan xəstəxanasına endirilən iki ayrı hava hücumunda altı nəfər həlak olub. Daha dörd nəfər isə cənubda Xan Yunis ərasizinsdə motosikletə endirilən zərbə nəticəsində həlak olub.
Qəzzanın səkkiz tarixi qaçqın düşərgəsindən biri olan Nuseyrata İsrail təyyarələri bir neçə hava zərbəsi endirib. Çoxmərtəbəli bina dağıdılıb və məscidlərin kənarındakı yollara zərbələr endirilib. Səhiyyə rəsmiləri zərbələr nəticəsində azı 7 nəfər ölüdüyünü bildirir.
Həkimlərin dediyinə görə, Nuseyratın qərb bölgələrini vuran tank atəşi nəticəsində ən azı iki nəfər, bir qadın və bir uşaq həlak olub. Yaxınlıqdakı bir evə endirilən hava zərbəsi nəticəsində beş nəfər həlak olub.
Sakinlər bildirir ki, Misirlə sərhədə yaxın Rafahda tanklar şəhərin şimal-qərb bölgəsinə doğru irəliləyib.
Son hücunlarla bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.
Qəzza rəsmilərinin bildirdiyinə görə, İsrailin Qəzzada 13 aylıq hərbi kampaniyası təxminən 44 200 nəfərin ölümünə və ən azı bir dəfə anklavın demək olar ki, bütün əhalisinin didərgin düşməsinə səbəb olub. Qəzzanın geniş əraziləri xarabalığa çevrilib.
Müharibə HƏMAS-ın rəhbərlik etdiyi döyüşçülərin ötən ilin oktyabr ayında İsraildə 1200-ə yaxın adamın ölümü və 250-dən çox insanın girov götürülməsi ilə nəticələnən hücumuna cavab olaraq başlayıb.